USD - 1.7 EUR - 1.8907 RUB - 0.0265 TRY - 0.2924 DAHA ÇOX
SON DƏQİQƏ
“Toyota Caucasus” şirkəti daha bir sınaq yürüşü təşkil edib DSX-dan uğurlu əməliyyat: 5 nəfər saxlanıldı BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfər edəcək İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb Azərbaycanda bələdiyyə üzvlüyünə namizədliyin irəli sürülməsi başlayır
“INNOLAND”ın rezidentləri beynəlxalq proqrama qəbul edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin 5 rezidenti Türkiyədə fəaliyyət göstərən “İTU Magnet” akselerasiya proqramına qəbul edilib.

Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən ASAN Radioya verilən məlumata görə, hazırda İstanbul Texniki Universiteti Türkiyədə startap müraciətlərinin sayına görə ilk yerdədir. Müvafiq sahədə ölkənin ən nüfuzlu proqramlarının təşəbbüskarı və icraçısı olan universitet hər il müxtəlif ölkələrin startaplarına dəstək məqsədilə də qəbul elan edir.

 

Bu il ilk dəfə Azərbaycan startapları da dəyərləndirilib. Nəticədə hər biri “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin startapı olan “Topla.az”, “Otaqyoldaşı”,”QReact”, “Botbox” və “Nextsale” “İTU Magnet” akselerasiya proqramına qəbul olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio