USD - 1.7 EUR - 1.8873 RUB - 0.0242 TRY - 0.2491 DAHA ÇOX
SON DƏQİQƏ
MM-in növbədənkənar sessiyasının ilk iclasları iyunun 1-i və 2-də keçiriləcək Əli Əhmədov: “Sosial şəbəkələrlə əlaqədar fəaliyyətdə hüquqi tənzimlənmə mexanizminin yaradılması sosial sifarişə çevrilib” Azərbaycanda daha 248 nəfər COVİD-19-a yoluxub, 101 nəfər sağalıb, 2 nəfər vəfat edib   Karantin dövründə maskadan istifadə ilə bağlı tələbələrin pozulmasına görə cərimələr müəyyənləşib AZAL və “Buta Airways” aviabiletlərin dəyişdirilməsi və qaytarılması müddətini uzadıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi canlı yayımda ilk “Sosial saat”ı təqdim etdi

Bu gün saat 11.00-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rəsmi "Facebook" səhifəsində canlı yayımda ilk “Sosial saat”ı təqdim edib.

Nazirlikdən ASAN Radioya verilən məlumata görə, “Sosial saat”ın ilk yayımı əmək pensiyasının minimum məbləğinin artırılması mövzusuna aid idi. Yayımın vaxtı, mövzusu və dəvət edilmiş qonaq barədə əvvəlcədən ictimaiyyətə məlumatlar verilmişdi.

Yayım zamanı nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov əmək pensiyasının minimum məbləğinin artırılması, ümumən pensiya və müavinət təminatı, aparılan sosial islahatlarla bağlı vətəndaşların suallarına aydınlıq gətirdi.

Bir saat davam edən yayım zamanı şərh bölməsinə yazılan ümumilikdə 181-dən çox vətəndaş müraciəti cavablandırıldı.

 

Canlı yayıma müxtəlif vaxtlarda ümumilikdə 1700-dən çox istifadəçi qoşulub və canlı yayım 60 nəfər tərəfindən paylaşılıb.

“Sosial saat” öz fəaliyyətini açıq nazirlik statusuna uyğun quran Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətə daha açıq olmaq və vətəndaş suallarını daha operativ şəkildə cavablandırmaq məqsədi daşıyır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio