USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Quba ASAN Xidmətində sosial sahibkarliq proqraminin təqdimati keçirilib

ASAN Radio xəbər verir ki, təhsil sahəsində ixtisaslaşan Education HUB tərəfindən Quba ASAN xidmətində qadınlar arasında sosial sahibkarlığın təşviqi məqsədilə “Öyrən, başla və tətbiq et!” proqramının informasiya sessiyası keçirilib. 

Cari ilin noyabr və dekabr aylarında təşkil olunacaq “Öyrən, başla və tətbiq et!” adlı sosial sahibkarlıq proqramı Quba, Qusar və Xaçmazdan olan18-29 yaş arasında olan xanımlar üçün nəzərdə tutulub. 

Həftə sonları keçiriləcək sessiyalarda qalib komandalara 3 ay müddətinə peşəkar mentorlar fərdi və onlayn məsləhətlər veriləcək, sosial biznes layihələrinə dəstək göstəriləcəkdir. 

Layihənin yekununda xanımlardan ibarət qrupun Bakı və Tbilisiyə mübadilə səfərləri təşkil olunacaq, eləcə də 2020-ci ilin aprel ayında keçiriləcək Sosial Sahibkarlıq Forumunda iştirak imkanları yaradılacaqdır.

Qeyd edək ki, proqram ASAN Xidmət, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin texniki tərəfdaşlığı ilə həyata keçirilir. Xanımlar üçün keçirilən ödənişsiz sosial sahibkarlıq proqramı Niderland Krallığının Azərbaycandakı səfirliyinin dəstəyi ilə icra olunur.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!