Oktyabrın 14-də Sabirabad regional “ASAN xidmət” mərkəzində Yaponiyanın mədəniyyət günləri keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən ASAN Radioya bildiriblər ki, bu, “ASAN Könüllüləri” tərəfindən multikulturalizm mövzusunda reallaşdırılan silsilə tədbirlər çərçivəsində gerçəkləşib.
Yaponiyanın ölkəmizdəki səfirliyinin əməkdaşlarının da iştirak etdiyi tədbirdə həmin ölkənin milli geyimləri, mətbəxinin ən məşhur nümunəsi olan suşi nümayiş etdirilib.
Həmçinin milli mətbəximizin təamları hazırlanaraq xüsusi guşədə təqdim olunub.
Mərkəzin könüllülərinin oriqami üsulunda hazırlanmış əl işlərinin sərgisi də keçirilib.
Yaponiyanın milli bayramları ilə əlaqədar olan guşədə isə həmin bayramların rəmzləri nümayiş etdirilib.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!