USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Kənd qadınlarının dəstəyində “ABAD”ın rolu

Bu gün Beynəlxalq Kənd Qadınları Günü kimi qeyd olunur. Dünyada hər 4 nəfərdən 3-ü kənd yerlərində yaşayır və onlardan dörddə birindən çoxunu isə kəndlərdə yaşayan qadınlar təşkil edir.

ABAD-dan ASAN Radioya verilən məlumata görə, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına əsasən, kənd qadınlarının istehsal resurslarından kişilər kimi bərabər istifadə imkanları olsa, yüz milyondan artıq insan yoxsulluqdan qurtara bilər. Belə olan təqdirdə qadınların işlədikləri fermalarda məhsuldarlıq 30 faiz artacaq, aclıqdan əziyyət çəkən insanların sayı 17 faiz azalacaq. Bu isə 150 milyon insan deməkdir.

Azərbaycanda kənd işçilərinin problemləri həll olunması üçün bir çox mühüm addımlar atılır. "Bu addımlardan biri “ABAD” publik hüquqi şəxsin də yaradılmasıdır. “ABAD” öz sahəsində qadınlara kənd təsərrüfatı resurslarından istifadə edərək öz növbəsində mikro, kiçik və orta biznesin inkişafına hərtərəfli dəstək verir.

Üç il ərzində “ABAD” kənd təsərrüfatında (qida məhsullarının istehsalı) iştirak edən 70 ailənin mini istehsalını açdı, qida məhsulları “ABAD” mağazalarında satışa çıxardı, hər ayın sonunda satışdan əldə olunan məbləğ onların şəxsi hesablarına mədaxil olunur. Bununla bir çox ailənin məşğulluq səviyyəsinin artımına nail olunub. Bu ailələrdən 6-nın biznesini ümumiyyətlə tək qadınlar aparır.

Kənd təsərrüfatının inkişafı üçün, gənc qızların doğma yurdlarını tərk etməmələri, onların inkişafı ilə məşğul olmaq, avadanlıqlarla təchiz edib modernləşdirmək, kənd sakinlərinin yaşayış və iş şəraitini yaxşılaşdırmaq lazımdır".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!