USD - 1.7 EUR - 1.8744 RUB - 0.0266 TRY - 0.2954 DAHA ÇOX
SON DƏQİQƏ
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yaradıcılıq axşamına baxıblar İstirahət günlərində gözlənilən hava proqnozu Prezident İlham Əliyev KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibini qəbul edib Prezident Rusiyanın Şimali Qafqaz respublikalarının müsəlman din xadimlərini qəbul edib Abdullah Mətuq əl-Mətuq Tarix İnstitutunun fəxri doktoru oldu
Eldar Əzizov icra başçılarına ciddi xəbərdarlıq edib

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) Prezident İlham Əliyevin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul etdiyi zaman verdiyi tapşırıqların icrası, Bakı şəhərində görülən abadlıq-quruculuq işlərinin vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

BÇİH-in Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, müşavirədə paytaxt rayonlarının icra hakimiyyətlərinin başçıları, şəhərin təsərrüfat xidmətlərinin rəhbərləri iştirak ediblər.

Toplantıda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ölkə başçısının qəbulunda olduğu zaman Prezident tərəfindən verilən tapşırıqlar, qeyd edilmiş nöqsanlar, görüləcək işlər və qarşıya qoyulan vəzifələr barədə məlumat vermişdir. Toplantıda bəzi icra hakimiyyəti başçıları ciddi tənqid edilimişdir. Eldar Əzizov bildirmişdir ki, “...şəhər icra hakimiyyəti və rayon icra hakimiyyəti başçıları Prezidentin tutduğu iradlardan nəticə çıxarmalı, işimizi bu böyük insanın tələblərinə uyğun qurmalıyıq. Bu gün ölkədə sistemli dəyişikliklər, inqilabi islahatlar aparılır və buna uyğun olaraq iş, forma və metodları dəyişməlidir. Tənqid və özünə tənqid normaya çevrilməlidir”. Eldar Əzizov icra başçılarına müraciət edərək, hər bir sakinin problemini öz problemimiz kimi qəbul edilməsinin vacibliyini vurğuladı.

Müşavirədə qanunsuz tikintilərlə bağlı ölkə başçısının iradları çatdırıldı, yaradılmış park və məhəllələrin lazımi səviyyədə qorunması ilə bağlı tapşırıqlar verildi. Xüsusi olaraq vurğulandı ki, daxil olan məlumatlara görə RİH-də və digər qurumlarda vətəndaşların müraciətlərinə bəzi hallarda lazımi diqqət göstərilmir, süründürməçilik hallarına yol verilir.

Toplantıda rüşvətxorluq və digər neqativ halların aradan qaldırılması, yerlərdə vətəndaşlarla mütəmadi görüşlərin keçiririlməsi və onların müraciətlərinə həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlar verildi və qaldırılan məsələlərlə bağlı tədbirlər planının hazırlanması qərara alındı.

Tədbirdə bir neçə rayon icra hakimiyyətinin başçısı çıxış edərək ölkə başçısının haqqlı iradlarından nəticə çıxaracaqlarını və qısa müddətdə lazımi tədbirlərin görəcəklərini bildirdilər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio