USD - 1.7 EUR - 1.9163 RUB - 0.024 TRY - 0.2477 DAHA ÇOX
SON DƏQİQƏ
Aya Sofya iyulun 24-dən ibadətə açılacaq Facebook siyasi reklamı qadağan edə bilər Səkkiz şəhər və rayonda ictimai nəqliyyatın hərəkəti dayandırıldı TƏBİB: Kütləvi şəkildə idarələrdə testlərin aparılması tövsiyə olunmur TƏBİB-dən evdə müalicə ilə bağlı açıqlama
Yeni ildə 7 gün iş olmayacaq - QƏRAR

Nazirlər Kabineti iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında qərar verib. 

"Report" xəbər verir ki, müvafiq qərarı Baş Nazir Əli Əsədov imzalayıb. 

Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli fərmanının 2-ci hissəsinə əsasən iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilib.

Qərara əsasən, 2019-cu ilin dekabrın 30-u, 31-i, 2020-ci ilin yanvarın 1, 2, 3, 4, 5 və 6-sı qeyri-iş günü sayılır.   

Qeyd edək ki, Baş Nazir Əli Əsədovun imzaladığı sərəncama əsasən, 2020-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 24, 25-i Ramazan bayramı, iyulun 31-i, avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio