USD - 1.7 EUR - 1.8991 RUB - 0.0271 TRY - 0.294 DAHA ÇOX
SON DƏQİQƏ
İstirahət günlərində gözlənilən hava proqnozu Azərbaycan XİN ABŞ Senatının qətnaməsini qərəzli və hüquqi əsası olmayan sənəd hesab edir Prezident İlham Əliyev 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Sərəncam imzalayıb Bu il Qazax rayonu istiqamətində sərhəd döyüş məntəqələrinin mövqeləri 1,5-1,7 km irəli çəkilib "ASAN xidmət" növbəti sosial rubrikaya start verib - Video
Prezident İlham Əliyev: Azərbaycanda innovasiya ekosisteminin, yüksək texnologiyaların inkişafı üçün əlverişli mühit mövcuddur

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev XXV beynəlxalq “Bakutel 2019” telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgisinin iştirakçılarına təbrik məktubu ünvanlayıb.

ASAN Radionun məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli sərgi iştirakçıları!

Sizi Bakı şəhərində XXV beynəlxalq “Bakutel 2019” telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgisinin işə başlaması münasibətilə salamlayır, hər birinizə fəaliyyətinizdə uğurlar arzulayıram.

İyirmi beş ildir ki, təşkil edilən ənənəvi "Bakutel” sərgisi regionun informasiya və kommunikasiya texnologiyaları üzrə mötəbər tədbirlərindəndir. Sərgi təkcə Azərbaycanın deyil, eləcə də dünyanın bir çox ölkələri və aparıcı şirkətlərinin qabaqcıl texnologiyalar sahəsində ən yeni nailiyyətlərinin təqdim olunduğu mühüm platformaya çevrilmişdir.

Təqdirəlayiq haldır ki, Dünya İqtisadi Forumunun qlobal informasiya texnologiyalarına dair son hesabatında Azərbaycan informasiya-kommunikasiya texnologiyalarına verdiyi əhəmiyyətə görə 139 ölkə arasında 8-ci yerdə qərarlaşmışdır.

Ölkəmizdə innovasiya ekosisteminin, yüksək texnologiyaların inkişafı və cəmiyyətin bu texnologiyaların imkanlarından faydalanması üçün əlverişli mühit mövcuddur.

Telekommunikasiya sahəsində yeni texnologiyaların istifadəsi, xidmət şəbəkəsinin müasir standartlara uyğunlaşdırılması və yeni xidmətlərlə bağlı müvafiq işlər aparılır. Regionlarda müasir telekommunikasiya xidmətləri istiqamətində irimiqyaslı layihələr icra olunur. İnnovativ layihələrə dövlət dəstəyi bu sahənin potensialının artırılmasını, startapların genişlənməsini və təşəbbüskarlığın yüksəlməsini təmin edir, bu isə bütövlükdə ölkə iqtisadiyyatının dayanıqlı inkişafına müsbət təsir göstərir.

Sərgidə bir çox yeni iştirakçıların da milli pavilyonlarla təmsil olunması beynəlxalq aləmdə özünəməxsus mövqe və nüfuza malik Azərbaycanla informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığa artan marağın təzahürüdür.

Bu tədbir sizə qabaqcıl texnoloji nailiyyətlərin və yeniliklərin təqdimatı, biznes əlaqələrinin qurulması və təcrübə mübadiləsi ilə yanaşı, həmçinin ölkəmizi yaxından tanımağınıza şərait yaradır.

İnanıram ki, sərgi çərçivəsində görüşlər və fikir mübadiləsi yeni təşəbbüslərin meydana çıxması və müvəffəqiyyətlə gerçəkləşməsi baxımından əhəmiyyətli olub, qarşılıqlı əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcəkdir".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio