USD - 1.7 EUR - 1.9854 RUB - 0.0223 TRY - 0.2218 DAHA ÇOX
SON DƏQİQƏ
Hərbi Hava Qüvvələri gecə təlimləri keçirib Sentyabrın 25-də gözlənilən hava şəraiti açıqlanıb “Azərbaycan və Gürcüstan bir-birinin ərazi bütövlüyünü dəstəkləyir” - XİN rəhbəri Putinin Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 12.5 mlyon manat ayrılıb
MBNP-nın nəzarət funksiyalarının Mərkəzi Banka verilməsi prosesi tam başa çatdırılıb

"Maliyyə Bazarlarına Nəzarət Palatasının nəzarət funksiyalarının Azərbaycan Mərkəzi Bankına (AMB) verilməsi prosesi tam başa çatdırılıb. Mərkəzi Bankın nəzarət funksiyaları tam qurulub".

"APA-Economics"in məlumatına görə, bunu AMB-nin sədri Elman Rüstəmov sahibkarlarla görüşü zamanı deyib.

"Birləşməni tam şəkildə başa çatdırmışıq. Kollektivin 70-75%-i işlə təmin olunub. Sadəcə təkrarlanan funksiyaları reallaşdıranlar AMB-də işlə təmin edilməyib. Onların əmək fəaliyyətinə kömək edib, kompensasiyalar verdik. Proses tam başa çatdırılıb. AMB-nin nəzarət funksiyaları tam qurulub", - deyə E. Rüstəmov bildirib.

Qeyd edək ki, Prezidentin 28 noyabr tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilərək Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio