USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezidentin köməkçisi Qarabağ problemi, Aİ ilə münasibətlər barədə

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Belçikaya səfəri çərçivəsində Avropanın nüfuzlu “EURACTIV” xəbər portalına telemüsahibə verib.

“Azərbaycan: Qırmızı qərənfilləri xatırlayır və gələcəyə baxır” başlıqlı müsahibədən bəzi hissələr təqdim olunur.

Dağlıq Qarabağ münaqişəsinin həllinin perspektivləri və Avropa İttifaqının münaqişə ilə bağlı mövqeyi barədə Hikmət Hacıyev bildirib: “Mənim Prezidentim tərəfindən də deyildiyi kimi, təəssüf ki, ötən il münaqişənin həlli baxımından itirilmiş il olmuşdur. Biz bu münaqişənin həlli üçün hər hansı bir xüsusi hərəkət görə bilmirik, əksinə, Ermənistanın destruktiv siyasətin şahidi olduq. Danışıqlar prosesinin artıq təsis olunmuş formatının mövcudluğuna baxmayaraq, Ermənistan tərəfi bu formatı dəyişməyə cəhd etdi.  Ermənistan və Azərbaycan bu münaqişənin tərəfləridir, ATƏT-in Minsk Qrupunun həmsədrləri vasitəçilərdir.

Daha sonra Ermənistan tərəfi çox yüksək səviyyədə “yeni ərazilər, yeni müharibələr” və “bir santim belə ərazinin qaytarılmayacağını” dedi. Nəhayət, Ermənistanın baş naziri Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində “Dağlıq Qarabağ Ermənistandır” dedi. Bu, suveren bir dövlətin ərazisinin digər ölkənin rəhbəri səviyyəsində açıq şəkildə ilhaq edilməsi deməkdir. Bu tamamilə qəbuledilməzdir. Bu cür yanaşma nəinki danışıqlara zərbə vurur, bütövlükdə danışıqlar prosesini dağıdır. Biz həmsədr ölkələrə, beynəlxalq ictimaiyyətə ismarıc göndərdik ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi!”

Avropa İttifaqı ilə yeni ticarət sazişi barədə danışan müsahib danışıqlar prosesinin hələ də davam etdiyini, müəyyən fundamental məsələlərlə bağlı tərəflər arasında fərqli baxışların olduğunu qeyd etmişdir. “Bununla belə, hər iki tərəf konstruktiv yanaşma göstərməklə, mövqeləri yaxınlaşdırmaq istiqamətində birgə iş aparır. Saziş layihəsinin demək olar ki doxsan faizi razılaşdırılıb. Lakin enerji və ticarətlə bağlı bir sıra məsələlər var ki, biz Avropa İttifaqının daha çevik yanaşma göstərməsini gözləyirik. Hesab edirik ki, Avropa İttifaqı sazişlə bağlı preferensial ticarət və ya digər ifadə ilə aqressiv ticarət yanaşması göstərməməlidir. İnanırıq ki, bu anlayışı əsas tutmaqla biz danışıqlarda irəliləyişə nail ola bilərik. Çünki bu məsələlər Azərbaycan üçün də strateji əhəmiyyətə malikdir. Bizim öz daxili islahatlar prosesimiz, iqtisadi prioritet və təşəbbüslərimiz var. Bu səbəbdən qarşılıqlı faydalı yanaşma göstərilməli və saziş elə tərtib olunmalıdır ki, o hər iki tərəfin ehtiyaclarına cavab versin”.

Prezidentin köməkçisi NATO–Azərbaycan əlaqələrinin hazırkı vəziyyəti ilə bağlı danışarkən bildirib ki, “Azərbaycan NATO tərəfindən etibarlı və öz öhdəliklərinə sadiq bir tərəfdaş kimi qəbul edilir. Bu gün Azərbaycan əsgərləri NATO müttəfiq və tərəfdaş ölkələri ilə çiyin-çiyinə Əfqanıstanda terrorizmlə mübarizə aparır və bu ölkəyə sülh və əmin-amanlıq gətirməyə çalışır. Azərbaycan, həmçinin NATO müttəfiq və tərəfdaş ölkələri üçün həyati əhəmiyyətli yüklərin nəqliyyatında tranzit və logistik qovşaq kimi də mühüm rol oynayır. Brüsselə səfər çərçivəsində biz Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, ümumi siyasi və regional məsələlər üzrə “29+1” (NATO + Azərbaycan) formatında müzakirələr apardıq”.

Ən sonda “EURACTIV”in müxbiri H.Hacıyevin yaxasına taxdığı nişanın nə olduğu ilə bağlı maraqlanıb. O isə cavabında bu nişanın Azərbaycanda baş vermiş Qara Yanvar hadisələrinin 30-cu ildönümünü simvolizə etdiyini bildirib. “Hələ Sovet vaxtları idi və Sovet İttifaqının rəhbəri Mixail Qorbaçov Azərbaycanda fövqəladə vəziyyət elan edərək 26 min nəfərlik qoşunu Azərbaycana yeritdi. Yeganə məqsəd müstəqillik və azadlıq haqqında düşünən Azərbaycan xalqının iradəsini qırmaq, onu qorxutmaq idi. Tanklar və əsgərlər heç bir fərq qoymadan mülki etirazçılara qarşı gücdən istifadə etdi. Nəticədə 147 insan qətlə yetirildi, bir neçə yüz insan yaralandı. Onlar azadlıq, müstəqillik və ədalət istəyən günahsız mülki vətəndaşlar idi. Bu, Sovet rəhbərliyi tərəfindən kütləvi cəzalandırmanın bir elementi idi. Bu, müharibə cinayəti və bəşəriyyətə qarşı cinayət idi”. 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi müsahibəsində Şərq və Qərb arasında bağlantılar, Şimal–Cənub nəqliyyat dəhlizi, Bakı–Tbilisi–Qars dəmir yolu, TANAP və TAP kimi enerji layihələri və digər məsələlər haqqında da “EURACTIV”in oxucularına ətraflı məlumatlar verilib.

Telemüsahibənin tam versiyasına aşağıdakı linkdən baxmaq olar:

https://www.euractiv.com/section/azerbaijan/video/azerbaijan-remembering-red-carnations-and-looking-into-the-future/

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!