USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“British Council” və “Sektoreight” Birləşmiş Krallığın elektronik musiqi şousunu Azarbaycana gətirir

“British Council” və “Sektoreight” Birləşmiş Krallığın “Selector Live: women.sounds.waves” elektronik musiqi şousunu Azarbaycana gətirir.

Selector Live — Birləşmiş Krallıqdan ən səs-küylü musiqiçilərin canlı performansları ilə - Selector Radio layihəsinin səsini bütün dünyadakı musiqisevərlərə çatdırır. 

Builki yeni eklektik ruha malik şou JAMZ SUPERNOVA, HOLLY LESTER, INHEROOM  və DIHAJ’ın müşayiətində müasir musiqidə Birləşmiş Krallıq və Azərbaycandan olan istedadlı qadınların musiqilərini bir məkanda birləşdirir və onların fəaliyyətini dəstəkləyir.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp bildirdi ki, tədbirin əsas məqsədi qadınların musiqi sahəsindəki rolunun artırılmasıdır: 

"Əslində yaşlı bir şəxs olaraq, elektron musiqi heç də öyrəşdiyim tərz deyil. Layihə qadınlar, səs və dalğalar adlanır. Əsas mahiyyət isə gender bərabərliyini aşılamaqdır. Sözsüz ki, canlı ifalar da olacaq, lakin əsas diqqətimizi təlimlərə və ifaların ASAN Radioda yayımlanmasına yönəltmişik."

Böyük Britaniyada Selector radio – şousunun aparıcısı JMZ Supernova ASAN Radionun qonağı oldu və Selektor dinləyicilərinə səsləndi: 

"Zəhmət olmasa, dinləməyə davam edin, bizim çox maraqlı musiqilərimiz, şoularımız olacaq. Böyük Britaniyada musiqi son illərdə daha da inkişaf edib. Hazırda ingilis musiqisini dinləmək üçün ən uyğun vaxtdır."

“Selector Radio” Birləşmiş Krallıqdan ən yaxşı səsləri və ilk addımlarını atan musiqiçiləri 30-dan çox ölkədə tanıdır, azərbaycanlı və ingilis musiqisevərləri birləşdirir.

British Council-ın Azərbaycan üzrə direktoru Samr Şah çox həyəcanlı olduğunu bildirdi: 

"Selector ASAN Radio tərəfindən Azərbaycanda yayımlanacaq. Ümid edirik ki, JMZ Supernova öz musiqiləri ilə Azərbaycan auditoriyasına yeniliklər qazandıracaq."

Selector radio-şousu ASAN Radioda  DJ BAZAUR tərəfindən təqdim edilir. DJ BAZAUR ingilis konsertlərindan ən yaxşı musiqi nümunələrini, eyni zamanda, məlumatları seçir və paylaşır. Qeyd edək ki, Selector radio- şousunu  hər şənbə axşam 9-da 100 FM-də dinləyə bilərsiniz.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!