Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə koronavirusa yoluxan və xəstəlikdən həyatını itirən şəxslərin sayını açıqlayıb.
APA-nın “Hürriyyət”ə istinadən verdiyi xəbərə görə, Türkiyə Prezidenti bildirib ki, dünən axşama olan məlumata əsasən, ölkədə 13 531 nəfər koronavirusa yoluxub.
Onun sözlərinə görə, virusdan ölənlərin sayı 214 nəfərdir.
“Vətəndaşlarımızdan mümkün olduğu qədər evlərini tərk etməmələrini xahiş edirəm. Hər bir vətəndaş könüllü karantində qalsa, sərt tədbirlər qəbul etməyimizə ehtiyac qalmaz”, - deyə Ərdoğan qeyd edib.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!