USD - 1.7 EUR - 1.858 RUB - 0.0238 TRY - 0.2502 DAHA ÇOX
SON DƏQİQƏ
Şamaxı Rayon İcra Hakimiyyəti başçısının koronavirus testinin nəticəsi açıqlanıb Bakı Nəqliyyat Agentliyi və Bakı Şəhər Baş Polis İdarəsi birgə tədbirlərə başlayıb Sabahın hava proqnozu Sumqayıtda 4 hərbçi, 1 mülki şəxsin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb ÜST: Çimərliklərdə ehtiyatlı olmaq lazımdır
DYP: 19 min 759 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında aprelin 4-ü saat 08:00-dan aprelin 5-i saat 00:00-dək olan müddət ərzində polis əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.

İdarədən AZƏRTAC-a bildiriblər ki, aprelin 4-ü saat 08:00-dan aprelin 5-i saat 00:00-dək olan müddət ərzində Bakı-Quba yolunun 45.2-ci kilometrində yerləşən keçid postundan 33-ü rayon, 68-i paytaxt istiqamətinə olmaqla 101, Bakı-Şamaxı-Yevlax yolunun 86-cı kilometrində yerləşən keçid postundan 14-ü rayon, 48-i paytaxt istiqamətinə olmaqla 62, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci kilometrində yerləşən keçid postundan 51-i rayon, 75-i paytaxt istiqamətinə olmaqla 126, Sumqayıt şəhəri ərazisində yerləşən keçid postundan 185 və Abşeron rayonu ərazisində yerləşən keçid postundan 510 avtomobil olmaqla gün ərzində 984 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb.

Ümumilikdə martın 19-dan bu günədək respublika əhəmiyyətli avtomobil yollarında 19 min 759 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio