USD - 1.7 EUR - 1.9248 RUB - 0.024 TRY - 0.2477 DAHA ÇOX
SON DƏQİQƏ
Ermənistan ordusunun mayoru və kapitanı məhv edilib General-mayor Polad Həşimov II Fəxri xiyabanda dəfn olunacaq MN: Tovuz rayonu istiqamətində şiddətli döyüşlər gedir MN: Düşmən mövqeləri və müdafiəsinin dərinliyindəki ehtiyatları məhv edilib Azərbaycan XİN: Ermənistan silahlı qüvvələri Tovuzda mülki şəxsləri hədəfə alıb
Vətəndaşlara ödənişsiz formada antiseptik vasitələr  təqdim olunub  

“ASAN Könüllüləri” Təşkilatı və "Coca-Cola" Fondunun COVID-19 pandemiyası dövründə əhaliyə yardım və maarifləndirmə məqsədi ilə həyata keçirdikləri “Birlikdəyik” layihəsi çərçivəsində növbəti fəaliyyətin icrasına başlanılıb.

ASAN Radio xəbər verir ki, "ABAD" publik hüquqi şəxsin dəstəyi ilə ABADçı tərəfindən istehsal olunan 17500  antiseptik vasitə icmalara, o cümlədən könüllülərə, pandemiya dövründə vəzifə başında olan insanlara paylanılacaq. Həmçinin dövlət xidmətlərinin göstərildiyi məntəqələrdə və vətəndaşların toplaşdığı yerlərdə yerləşdiriləcək.

Antiseptik vasitələrin qəbulu məqsədilə təşkil olunan görüşdə layihənin tərəfdaşları olan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “ASAN Könüllüləri” Təşkilatı, "Coca-Cola" şirkətinin nümayəndələrinin iştirakı ilə təhvil-təslim prosesi baş tutub. 

Görüşdə ABAD ilə əməkdaşlıqdan məmnunluq ifadə olunub və virusa qarşı birgə mübarizənin önəmi vurğulanıb. 

Hazırda 3 istiqamət üzrə həyata keçirilən “Birlikdəyik” layihəsi əhaliyə qida yardımlarının çatdırılmasını, antiseptik vasitələrin paylanılmasını, eyni zamanda sosial şəbəkələr vasitəsilə maarifləndirilmə işinin aparılmasını nəzərdə tutur.

Artıq bir aydır ki, layihə üzrə ilkin olaraq 20 min şəxsi əhatə edən aztəminatlı ailələrə yardım qutularının paylanılmasına başlanılıb.

İkinci mərhələ olan antiseptik vasitələrlə vətəndaşların təmin olunması işi hazırda həyata keçirilir. 

3-cü istiqamət olaraq isə  sosial şəbəkələrdə əhalinin maarifləndirilməsi üzrə məlumatlar təqdim olunur.

Layihə COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması üçün "Coca-Cola" ilə əməkdaşlığın davamıdır. Cari ilin aprel ayının əvvəlində ASAN Könüllüləri "Coca-Cola" Azərbaycanın dəstəyi ilə ölkəmizdə karantin rejimində 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio