USD - 1.7 EUR - 1.9248 RUB - 0.024 TRY - 0.2477 DAHA ÇOX
SON DƏQİQƏ
Azərbaycan Ombudsmanı Ermənistan Silahlı Qüvvələrinin atəşi nəticəsində həlak olan mülki şəxsin evində olub BQXK: Mülki şəxslərin təhlükəsizliyinə görə narahatıq və neytral vasitəçi qismində çıxış etməyə hazırıq Dövlət Xidməti: Səfərbərlik çağırışı ilə bağlı SMS-lər saxtadır Ermənistan ordusunun mayoru və kapitanı məhv edilib General-mayor Polad Həşimov II Fəxri xiyabanda dəfn olunacaq
Səhiyyə Nazirliyi: Özünü narahat hiss edən şəxslərin polikliniklara gəlməsinə ehtiyac yoxdur

“Biz indiki zamanda tibb işçilərindən çox asılıyıq. İstər təcili yardım işçiləri, istərsə də xəstəxana işçiləri xəstəliklə mübarizə edirlər. Bununla yanaşı unutmamalıyıq ki, koronavirus infeksiyası ilə yanaşı digər xəstəliklər də yerində qalır”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Əgər əvvəllər simptomu olanlar təcili yardıma müraciət edirdilərsə, bundan sonra poliklinikalara da müraciət edə bilərlər. Hazırda özünü narahat hiss edən şəxslərin polikliniklara gəlməsinə ehtiyac yoxdur, telefon vasitəsilə zəng edib səhhətləri barədə məlumat verə bilərlər. Çünki onlar yoluxmuş ola və poliklinikaya gələnə qədər ətrafdakı insanları da yoluxdura bilərlər. Ona görə də həmin şəxslər bununla bağlı sahə həkimləri ilə əlaqə saxlaya bilər. Həmin şəxslərin müayinəsi sahə həkimlərinin nəzarəti altında həyata keçiriləcək”, - o bildirib.

Səhiyyə Nazirliyinin rəsmisi xatırladıb ki, koronavirus yüksək yoluxduruculuq qabiliyyətinə malikdir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio