USD - 1.7 EUR - 2.0003 RUB - 0.0234 TRY - 0.2438 DAHA ÇOX
SON DƏQİQƏ
Yaqut Qarayeva: “Məktəblərin və uşaq bağçalarının açılması müzakirə olunur” Azərbaycanda bir gündə 714 nəfər COVID-19-dan sağalıb, 7 nəfər vəfat edib ÜST: Koronavirusa qarşı 25 namizəd peyvənd insan sınaqları mərhələsindədir Karantin rejimi yumşaldılacaq? - AÇIQLAMA Milli Məclisin növbədənkənar iclasının vaxtı və gündəliyi məlum olub
XİN: Ermənistan işğala əsaslanan status-kvonun möhkəmləndirilməsinə çalışır

“Təcavüzkar və ilhaqçı siyasəti, hərbi təxribatları, mülki şəxsləri hədəfə alaraq, o cümlədən beynəlxalq humanitar hüququ tapdalayan, gündəlik əsasda cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi kobudcasına pozan, bölgədə gərginliyin alovlanması məsuliyyətini bilavasitə daşıyan Ermənistanın nə atəşkəsə riayət olunmasından, nə də təxribatçı əməllərdən çəkinməkdən danışmağa haqqı var”.

ASAN Radionun xəbərinə görə, bunu XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

“Xatırladırıq ki, bu ilin 12 iyul tarixində iki dövlətin beynəlxalq sərhədinin Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi hərbi təxribat öncədən planlaşdırılmış növbəti təcavüz aktı idi. Bu gücdən istifadə cəhdinin bütün məsuliyyəti Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərindədir.

Ermənistan rəhbərliyinin danışıqlar prosesinin formatını və mahiyyətini qəsdən pozmağa yönəlmiş siyasəti və ziddiyyətli açıqlamaları açıq şəkildə nümayiş etdirir ki, bu ölkə işğala əsaslanan status-kvo vəziyyətinin möhkəmləndirilməsinə çalışır. Lakin vurğulamaq istərdik ki, təcavüzkar Ermənistanın danışıqlara hər hansı qeyd-şərt qoymaq və danışıqların formatını dəyişdirmək cəhdləri qəbuledilməzdir.

Bir daha vurğulayırıq ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki mövcud status-kvo vəziyyəti qəbuledilməzdir, çünki o, regional sülh və təhlükəsizlik üçün ciddi təhdid təşkil edir. İşğala əsaslanan status-kvonun dəyişdirilməsi üçün Ermənistan qoşunları BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmalıdır”, - deyə XİN rəsmisi vurğulayıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio