USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ceyhun Bayramov BQXK Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb 
18 sentyabr 2020-ci il tarixində Xarici İşlər naziri Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri Elena Aymone Sessera ilə görüşüb.

 

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı Elena Aymone Sesseranın ölkəmizdəki fəaliyyətinin başa çatdığı bildirilib və Nümayəndəliyin yeni rəhbəri xanım Arian Bauer Nazir Ceyhun Bayramova təqdim edilib.

Nazir Ceyhun Bayramov xanım Elena Aymonenin fəaliyyətini yüksək qiymətləndirərək, Azərbaycanın BQXK ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən humanitar layihələri məmnunluqla qeyd edib. Nazir, həmçinin BQXK-nın Azərbaycandakı nümayəndəliyinin yeni rəhbərinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən, o cümlədən yüz minlərlə insanın fundamental hüquqlarının pozulmasından, işğalçı ölkənin beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini mütəmadi olaraq pozmasından və mülki şəxsləri və infrastrukturu hədəfə almasından danışan nazir, BQXK-nın bilavasitə mandatına daxil olan girov götürülmüş mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyəti ilə bağlı məsələyə xüsusi diqqət ayırıb. O, Azərbaycanın humanitar hüququn normaları əsasında "hamının hamıya" prinsipi əsasında əsir və girovların dəyişdirilməsi mövqeyinin Ermənistan tərəfindən qəbul edilmədiyini vurğulayıb. BQXK-nın bu məsələnin həlli istiqamətində səylərinin artırılmasının vacibliyi qeyd olunub.

Öz növbəsində, BQXK nümayəndələri öz mandatları çərçivəsində Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyəti ilə mütəmadi maraqlandıqlarını və ailələrinə bu xüsusda məlumat verdiklərini qeyd ediblər.

Görüş zamanı nazir həmçinin BQXK nümayəndələrinə bölgədə yaşanan ən son gərginliklər və Ermənistan rəhbərliyinin məqsədyönlü təxribatçı və təhrikçi fəaliyyəti və münaqişənin danışıqlar yolu ilə həllinə ciddi xələl gətirməsi barədə məlumat verib.
Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!