USD - 1.7 EUR - 2.0649 RUB - 0.023 TRY - 0.2294 DAHA ÇOX
SON DƏQİQƏ
Azərbaycan Minatəmizləmə Agentliyi yaradıldı “ASAN xidmət”də şəhid ailələri və yaralı hərbçilər üçün növbəsiz xidmət göstərilir Ceyhun Bayramov və Lavrov 11 yanvar bəyanatını müzakirə ediblər Azərbaycanda daha 349 nəfər COVID-19-a yoluxdu “İnnovasiyalar Mərkəzi”nin 2020-ci ilin yekunlarına dair hesabatı təqdim olunub
Nazirlər Kabineti tikinti sektorunda şəffaflığın təmin olunması üçün qərar qəbul edib  

Dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün smeta-normativ və qiymətqoyma sistemi təkmilləşdirilir.

ASAN Radionun məlumatına görə, bu, Nazirlər Kabinetinin “Dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün smeta-normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsi ilə əlaqədar bəzi məsələlər barədə” qərarına verilən izahda əksini tapıb.

İzahda qeyd edilib ki, qəbul edilmiş qərar Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektlərinin qiymətləndirilməsi üçün 2021-ci il oktyabrın 1-dən daha dəqiq hesab olunan resurs metodunun tətbiq ediləcəyini və həmin metodun tətbiq edilməsi ilə bağlı elektron informasiya bazasının yaradılması üçün aidiyyəti dövlət orqanları tərəfindən həyata keçirilməsi tələb olunan tədbirləri müəyyən edir.

Qərar dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün smeta-normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsini nəzərdə tutur.

Bu qərarla yaradılan yeni mexanizm ölkənin tikinti sektorunda və dövlət sifarişlərinin həyata keçirilməsi prosesində şəffaflığın təmin olunmasına, neqativ hallara imkan verən boşluqların aradan qaldırılmasına xidmət edəcək, bürokratik işi azaldacaq və prosesi sadələşdirəcək.

 

Bununla yanaşı, Türkiyə Respublikasının mövcud təcrübəsindən istifadə etməklə  yeni smeta-normativ və qiymətqoyma sisteminin yaxın 2 il ərzində təkmilləşdirilməsi məqsədilə müvafiq normativ-metodik sənədlərin hazırlanması və yeni yaradılacaq  elektron informasiya sisteminə məlumatların avtomatik ötürülməsi üçün həyata keçirilməsi tələb olunan tədbirlər və onların icraçıları müəyyən edilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yaradılan ASAN Radio 24 dekabr, 2015-ci il tarixində yayıma başlayıb. Dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının iclasında verilib. ASAN Radio gün ərzində xəbərləri operativ çatdırır. Sosial mediada fəallığı ilə seçilir. İnternet üzərindən canlı yayım, audio, videoreportajlar yayımlayır, asanradio.az saytı daim yenilənir. ASAN Radio dövlət qurumları, beynəlxalq təşkilatlar və aparıcı şirkətlərlə əməkdaşlıq edir. Faydalı layihələr, proqramlar hazırlayır. ASAN Radio gələcəyin media işçilərini yetişdirir. ASAN könüllüləri, ADA Universitetinin, Azərbaycan Dillər Universitetinin, Bakı Dövlət Universitetinin, Bakı Slavyan Universitetinin jurnalistika fakültəsinin tələbələri radioda təcrübə keçirlər. ASAN Radio dinləyicisi üçün yalnız zövqlü musiqi səsləndirir. ASAN Radio mühüm sosial layihələrə informasiya dəstəyi göstərir. İrimiqyaslı yarışların, tədbirlərin, sərgilərin eksklüziv radio tərəfdaşıdır. ASAN Radionu asanradio.az saytından, mobil tətbiqlərdən dinləmək mümkündür. Azərbaycanda fəaliyyət göstərən 20 “ASAN xidmət” (Bakıda 5, bölgələrdə 15) və 2 “ASAN Kommunal” mərkəzində ASAN Radio səsləndirilir. Statistikaya görə hər ay 200.000 insan bu xidmətdən istifadə edir. Başqa sözlə bu qədər insan radiomuzu eşidir. ASAN Radio Azərbaycanın 82%-ni əhatə edir. Şuşada yayımlanan ilk radio – ASAN Radio oldu. İşğaldan azad olunan digər şəhər rayonlarda bizi 95.6 FM-də dinləmək mümkündür. Ümumilikdə, ASAN Radio respublika ərazisində 100 FM, 96.5 FM, 95.6 FM və 92.7 FM-də yayımlanır. ASAN Radio – Operativ Məlumat dalğası!
© 2018 ASAN Radio