USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
EHİM biznes təmsilçiləri ilə görüş keçirib

7 may tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) banklar, sığorta şirkətləri və özəl şirkətlərlə “Hökumət – biznes rəqəmsal həlləri” mövzusunda onlayn görüş keçirib. 

EHİM-in direktoru Fariz Cəfərov Mərkəz tərəfindən cari görülən işlərin qısa xülasəsini təqdim edib, biznes həlləri haqqında geniş söhbət açıb.

50-ə yaxın şirkətdən 100-ə yaxın nümayəndənin iştirak etdiyi görüşdə vahid məkandan 54 sistemə girişi təmin edən “ASAN Login” Vahid Giriş Sisteminin, özəl qurumların dövlət informasiya ehtiyatlarına çıxışını təmin edən “ASAN Finans”ın, Elektron Sənəd Dövriyyəsi sisteminin funksionallıqları və biznes qurumlarına təqdim etdikləri üstünlüklər haqqında ətraflı məlumat verilib. 

Tədbir çərçivəsində proseslərin optimallaşdırılması, resurslara qənaət və fəaliyyətin səmərəliliyini təmin etmək məqsədi daşıyan rəqəmsal həllər haqqında özəl sektorda fəaliyyət göstərən qurumların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

EHİM biznes təmsilçiləri ilə mütəmadi olaraq görüşlər keçirir. Bu görüşlərin məqsədi özəl sektorun rəqəmsal xidmətlərlə bağlı rəy və təkliflərini öyrənmək, bu sektorda rəqəmsal həllərin istifadəsini daha da genişləndirmək, vətəndaş məmnunluğunu təmin etməkdir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!