USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“ASAN Könüllüləri” tərəfindən Peşəkar İnkişaf Kursları təşkil olunacaq

Yaşlı mütəxəssislərin bilik və bacarıqlarının gənc nəslə ötürülməsi və fəal yaşlanmanın təbliğ edilməsi məqsədilə “ASAN Könüllüləri” Təşkilatı tərəfindən Peşəkar İnkişaf Kursları təşkil olunacaq.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Əhali Fondunun (UNFPA) birgə həyata keçirdiyi “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi çərçivəsində təşkil edilən kurslar pensiya yaşına çatmış peşəkarlar tərəfindən tədris ediləcək.

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə icra olunan layihə yaşlıların rifah halının yaxşılaşdırılmasına töhfə verməklə hökumətin “fəal yaşlanma” prosesinin təşviqi istiqamətində göstərdiyi səylərə dəstək vermək məqsədini daşıyır. “Fəal yaşlanaq, həyatımıza rəng qataq” şüarı ilə icra olunan layihə çərçivəsində ASAN könüllüləri tərəfindən yaşlıların daha aktiv və faydalı zaman keçirməsinə şərait yaradılır.

 

Yaşlı mütəxəssislərin zəngin təcrübəsini özündə birləşdirən bu kurslar əyani, virtual, hibrid formada və rəqəmsal innovativ platformalar vasitəsilə tədris ediləcək. “İlkin tibbi yardım”, “Maliyyə və mühasibatlıq”, “Hüquqşünaslıq”, “Psixologiya”, “Kiçik və orta biznesin idarəçiliyi”, “Mədəniyyət və incəsənət” mövzularında 6 istiqamət üzrə təşkil olunacaq kursları 70 peşəkar və pensiya yaşına çatmış mütəxəssis tədris edəcək.

 

Kursa müraciət üçün  [email protected] elektron poçt ünvanına ad, soyad, ata adı, təvəllüd, kursun mövzusu və əlaqə nömrəsi 1 iyul tarixinədək göndərilməlidir. Fəal yaşlanmanın önəmini nəzərə alaraq bu kurslarda yaşlı vətəndaşların da iştirak etməsi təşviq edilir. Hibrid (əyani) keçirilən kursda COVID-19 pasportu və ya immunitet sertifikatı olan iştirakçılara üstünlük veriləcək.

 

#FəalYaşlanma #SağlamYaşlanma #HealthyAgeing #ASAN #UNFPA #MLSPP #ASANVolunteers

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!