USD - 1.7 EUR - 1.9921 RUB - 0.0233 TRY - 0.1971 DAHA ÇOX
SON DƏQİQƏ
“Regionlarda elektron xidmətlər barəsində savadlılığın artırılması” layihəsi başa çatıb   Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında videomüraciət formatında çıxış edəcək Dövlət Agentliyinin sədri 4-cü “Texnofest” Festivalında iştirak edir   Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Türkiyəyə müalicə üçün göndərilən qazilərimizi ziyarət edib Prezident İlham Əliyev və Mehriban Əliyeva Bakı Avropa Liseyinin yeni binasının açılışında iştirak edib
Prezident İlham Əliyev Xəzər rayonunda “Buzovna-1” yarımstansiyasının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Xəzər rayonunda yeni tikilən 110/35/10 kilovoltluq “Buzovna-1” yarımstansiyasının açılışında iştirak edib.

ASAN Radio  xəbər verir ki, "Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Prezident İlham Əliyevə yarımstansiyada görülən işlər barədə məlumat verib.

Dünyada davam edən pandemiya və iqtisadi-maliyyə çətinliklərinə baxmayaraq, dövlət başçısının birbaşa diqqəti sayəsində ölkəmizdə çox mühüm sosial infrastruktur layihələri uğurla və ardıcıl şəkildə icra olunur. Bu layihələr arasında respublikanın bütün şəhər və rayonlarının, o cümlədən paytaxtın elektrik təsərrüfatının müasirləşdirilməsi istiqamətində həyata keçirilən silsilə və kompleks yenidənqurma tədbirlərinin xüsusi əhəmiyyəti var. Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən bu layihələr, ilk növbədə, insanların sosial rifah halının daha da yaxşılaşdırılmasına, onların rahatlığının təmin edilməsinə, sosial məsələlərinin həllinə yönəlib. Bu, eyni zamanda, elektrik enerjisinə tələbatın ödənilməsi, elektrik şəbəkələrində yüklənmələrin azalması, texniki itkilərin minimuma endirilməsi baxımından da çox önəmlidir.

Hazırda dövlət proqramlarının icrası ilə bağlı Bakı şəhərinin elektrik təchizatının daha da yaxşılaşdırılması üçün genişmiqyaslı tikinti, yenidənqurma və təmir işləri aparılır. Bu işlərin davamı olaraq, Xəzər rayonu ərazisində “Buzovna-1” yarımstansiyası tikilib. Yeni yarımstansiya artan tələbatı ödəməklə, Buzovna, Zuğulba, Albalılıq, Bilgəh, Nardaran, Maştağa qəsəbələrinin, dövlət əhəmiyyətli obyektlərin, həmçinin istirahət, turizm, tibb obyektlərinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsində böyük rol oynayacaq.

Yarımstansiya məsafədən idarə olunan SCADA dispetçer sisteminə qoşulub, ən müasir qurğular və avtomatika sistemi ilə təchiz edilib. Ümumilikdə, “Azərişıq” ASC tərəfindən yeni inşa olunan qapalı tipli yarımstansiyalarda texniki və texnoloji yeniliklərə xüsusi diqqət verilir. Paytaxtın digər ərazilərində 110, 35 və 0,4 kilovoltluq ötürücü xətlər kabellə yeraltı borular və tunellər vasitəsilə çəkilib ki, bunların istismar müddəti baxımından etibarlılığı 2-3 dəfə çoxdur.

Prezident İlham Əliyev “Buzovna-1” yarımstansiyasını işə salıb.

Dövlət başçısına işğaldan azad olunmuş ərazilərdə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Ağıllı şəbəkə konsepsiyası” əsasında görülmüş işlər barədə də məlumat verilib.

Bildirilib ki, Şuşa şəhəri və Suqovuşan qəsəbəsinin elektrik təchizatının təmin edilməsində ilk dəfə müasir tipli mühafizəli və izolyasiyalı kabel xətti, paylayıcı şəbəkə modeli tətbiq olunub. Ümumilikdə, işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təchizatında innovativ texnologiyaların tətbiqi uğurla davam etdirilir. Belə ki, müasir tip mühafizəli və izolyasiyalı kabel xətlərinin texniki-iqtisadi səmərəliyini artırmaq məqsədilə yeni fiber-optik kanalla təchiz edilmiş mühafizəli kabellərin tətbiqi nəzərdə tutulub. Bununla da həm elektrik enerjisi, həm də keyfiyyətli internet şəbəkəsinin ötürülməsi mümkündür. Beləliklə, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edən yüksəksürətli internet şəbəkəsinin yaradılması üçün əlavə infrastrukturun qurulmasına ehtiyac qalmır və iqtisadi səmərəlilik göstəriciləri yüksəlir. Digər tərəfdən hər bir abonentin bir kabel xətti ilə həm elektrik enerjisi, həm də dayanıqlı və yüksəksürətli optik kanalla internet və rabitə xətlərinə çıxışı olacaq.

İşğaldan azad edilmiş ərazilərdə “ağıllı şəbəkə” konsepsiyası üzrə müasir, daha dayanıqlı ikipilləli 110/35 kilovoltluq şəbəkələrin iqtisadi əsaslandırması həyata keçirilib. Ənənəvi şəbəkələrlə müqayisədə bu tip şəbəkələrdə elektrik təchizat sxemi sadələşir, etibarlılıq və rentabellik dəfələrlə artır, 6 ilədək tikinti müddətinə, layihələndirmə və sənədləşdirmə vaxtına, 60 min hektardan çox faydalı torpaq sahəsinə qənaət edilir. Müasir şüşə lifli, kompozit materialdan hazırlanmış dayaqlar quraşdırılır ki, onlar da sərt iqlim və istismar şəraitinə dözümlü olmaqla yanaşı, daha az xərc tələb edir. Beləliklə, müasir texnologiyaların tətbiqi nəticəsində elektrik təchizatı şəbəkəsinin dayanıqlığı artırılaraq böyük miqdarda maliyyə vəsaitinə qənaət olunacaq.

Dövlət başçısı görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini verib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yaradılan ASAN Radio 24 dekabr, 2015-ci il tarixində yayıma başlayıb. Dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının iclasında verilib. ASAN Radio gün ərzində xəbərləri operativ çatdırır. Sosial mediada fəallığı ilə seçilir. İnternet üzərindən canlı yayım, audio, videoreportajlar yayımlayır, asanradio.az saytı daim yenilənir. ASAN Radio dövlət qurumları, beynəlxalq təşkilatlar və aparıcı şirkətlərlə əməkdaşlıq edir. Faydalı layihələr, proqramlar hazırlayır. ASAN Radio gələcəyin media işçilərini yetişdirir. ASAN könüllüləri, ADA Universitetinin, Azərbaycan Dillər Universitetinin, Bakı Dövlət Universitetinin, Bakı Slavyan Universitetinin jurnalistika fakültəsinin tələbələri radioda təcrübə keçirlər. ASAN Radio dinləyicisi üçün yalnız zövqlü musiqi səsləndirir. ASAN Radio mühüm sosial layihələrə informasiya dəstəyi göstərir. İrimiqyaslı yarışların, tədbirlərin, sərgilərin eksklüziv radio tərəfdaşıdır. ASAN Radionu asanradio.az saytından, mobil tətbiqlərdən dinləmək mümkündür. Azərbaycanda fəaliyyət göstərən 20 “ASAN xidmət” (Bakıda 5, bölgələrdə 15) və 2 “ASAN Kommunal” mərkəzində ASAN Radio səsləndirilir. Statistikaya görə hər ay 200.000 insan bu xidmətdən istifadə edir. Başqa sözlə bu qədər insan radiomuzu eşidir. ASAN Radio Azərbaycanın 82%-ni əhatə edir. Şuşada yayımlanan ilk radio – ASAN Radio oldu. İşğaldan azad olunan digər şəhər rayonlarda bizi 95.6 FM-də dinləmək mümkündür. Ümumilikdə, ASAN Radio respublika ərazisində 100 FM, 96.5 FM, 95.6 FM və 92.7 FM-də yayımlanır. ASAN Radio – Operativ Məlumat dalğası!
© 2018 ASAN Radio