USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Dövlət Agentliyi əməkdaşları arasında hakaton keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə  Şamaxı şəhərində Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində “DIGITAL IDEA CAMP”  hakatonu keçirilib. 

Tədbirdə Dövlət Agentliyinin rəhbər şəxsləri və struktur bölmələrin rəhbərləri,  Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı iştirak ediblər.

Müsabiqə Dövlət Agentliyinin Aparatının, tabeli struktur-bölmələrin əməkdaşlarının innovasiya yönümlü potensiallarının aşkarlanması, həmçinin komanda quruculuğu və ideya inkişafı bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə təşkil edilib. 39 komandanın aktiv iştirakı ilə tədbir boyunca 78 rəqəmsal layihə hazırlanaraq münsiflərə təqdim olunub. Sonda ən yüksək nəticə toplamış üç rəqəmsal layihə sahiblərinə pul mükafatı və digər dəyərli hədiyyələr verilib. Dövlət sektorunda çalışan əməkdaşların rəqəmsal və innovativ düşünmə bacarıqlarının artırılması məqsədilə “DIGITAL IDEA CAMP” hakaton tədbirlərinin dövlət təşkilatlarında davamlı olaraq keçirilməsinin vacibliyi Dövlət Agentliyinin rəhbərliyi tərəfindən qeyd edilib.

Tədbir zamanı  Dövlət Agentliyinin 2022-2024 - cü illəri əhatə edən Strateji planı da iştirakçılara və qonaqlara təqdim edilib. Strateji planda, həmçinin innovasiya və rəqəmsallaşma istiqamətində növbəti üç il üzrə planlar, dövlət xidmətlərinin təqdim edilməsi və əlçatanlığının daha da yüksəldilməsi üzrə yol xəritəsi, “ASAN xidmət” modelinin genişləndirilməsinə dair hədəflər diqqətə çatdırılmışdır.  .

Sonda tədbir iştirakçıları ilə birgə xatirə şəkli çəkilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!