USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Efiopiya nümayəndələri ASAN Radioda olublar

18 – 24 sentyabr 2022-ci il tarixində Efiopiya Federativ Demokratik Respublikasının Dövlət Qulluğu Komissiyasının Aparat rəhbəri Ambaye Almavu Mengistin rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” modeli və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən elektron hökumət, sosial innovasiyalar sahəsində həyata keçirilən fəaliyyətlərlə yaxından tanış olmaq məqsədilə ölkəmizə səfər edib.

Səfər çərçivəsində nümayəndə heyəti Dövlət Agentliyinin Aparat rəhbəri Fuad Qarayev ilə görüşüb. Fuad Qarayev qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bundan əlavə Dövlət Agentliyi tərəfindən elektron hökumət, startap ekosistemlərinə dəstək, sosial innovasiyalar istiqamətində həyata keçirilən fəaliyyətlər barədə məlumat verilib.

Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi diqqətə çatdırılıb.

Görüş zamanı “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə, o cümlədən Afrika qitəsi ölkələrində uğurla tətbiq olunduğu vurğulanıb.

Səfər çərçivəsində qonaqlar Elektron Hökumətin İnkişafı Mərkəzində olublar. Qonaqlara elektron hökumət çərçivəsində həyata keçirilən layihələr, o cümlədən “MyGov, ”“ASAN viza”, “ASAN Ödəniş”, “ASAN Bridge” və digər innovativ layihələr barədə geniş təqdimatlar edilib. Bundan əlavə Efiopiya nümayəndə heyəti Bakı şəhərində yerləşən 3 və 7 saylı Bakı “ASAN xidmət” mərkəzləri, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, “BİLİM Bakı” mərkəzinin fəaliyyəti ilə yerində tanış olub.

Həmçinin ölkəmizdə olduqları müddət ərzində nümayəndə heyətinə Dövlət Agentliyinin İnsan resurslarının idarəedilməsi, Rəqəmsal texnologiyalar və İnnovasiyalar şöbələri tərəfindən müxtəlif təqdimatlar edilib.

Səfər zamanı Efiopiya nümayəndə heyəti Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində də olub. Görüş zamanı ölkəmizin dövlət qulluğu sahəsindəki təcrübəsi barədə qarşı tərəfə ətraflı məlumat verilib.

Səfərin yekunları və gələcək əməkdaşlıq imkanları barədə Efiopiya nümayəndələrinin ASAN Radioya müsahibəsi təşkil olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!