“Suriyada həyata keçirilən hərbi əməliyyat bu ölkənin ərazi bütövlüyünə qarşı yönəlməyib”.
ASAN Radio “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binali Yıldırım bəyan edib.
“Hərbi əməliyyat Suriyanın ərazi bütövlüyünə qarşı yönəlməyib. İŞİD terror təşkilatının silahlılarından təmizlənən ərazilərdə suriyalılar yaşayacaq”.
Qeyd edək ki, Türkiyə ilə sərhəddə yerləşən Carablus şəhəri Azad Suriya Ordusunun nəzarətinə keçib, şəhər İŞİD qruplaşmasının silahlılarından təmizlənib.
Xatırladaq ki, hazırda Türkiyə Silahlı Qüvvələri Suriya ərazisində hava və yerüstü əməliyyatlar keçirir.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!