USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycandakı dini icmaların rəhbərləri Parlamentlərarası Pravoslav Assambleyasına etiraz məktubu ünvanlayıblar

Azərbaycanda fəaliyyət göstərən qeyri-İslam dini icmaların rəhbərləri bu ilin 4-8 iyul tarixlərində Yunanıstanın Saloniki şəhərində Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) 23-cü illik toplantısının iştirakçıları tərəfindən qəbul olunan “Fundamental Qlobal Təhdidlər – Xristian Pravoslav Perspektivi” adlı qətnamənin sonuncu bəndinə - Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan və aprel döyüşləri ilə bağlı tamamilə yanlış məlumatı özündə əks etdirən müddəaya etiraz məktubu ünvanlayıblar.

Qeyd edək ki, məsələ ilə bağlı hal-hazırda Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri tərəfindən müvafiq işlər aparılır.

Müraicətdə deyilir:

Parlamentlərarası Pravoslav Assambleyasına

 

Parlamentlərarası Pravoslav Assambleyasının hörmətli üzvləri,

Parlamentlərarası Pravoslav Assambleyasının bu ilin 4-8 iyul tarixlərində Yunanıstanın Soloniki şəhərində keçirilən 23-cü illik toplantısında qəbul olunan “Fundamental Qlobal Təhdidlər – Xristian Pravoslav Perspektivi” adlı qətnamə müasir dünyanın, xüsusilə də Avropanın taleyi üçün əhəmiyyətli və həssas məsələlərə toxunsa da, təəssüf ki, qətnamədə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müddəalar reallıqdan və obyektivlikdən uzaqdır. 

Nəzərinizə çatdırırıq ki, Azərbaycanda tarix boyu müxtəlif dinlərin və millətlərin nümayəndələri bir ailə kimi dinc yanaşı yaşamışdır. Təsadüfi deyil ki, Azərbaycanda mövcud olan dini tolerantlıq və mədəniyyətlərarası dialoq mühiti, həmçinin bu istiqamətdə Azərbaycan hökumətinin həyata keçirdiyi ardıcıl siyasət bu gün bütün dünyada örnək olaraq qəbul edilməkdədir. Azərbaycanda dözümlülüyün və dialoqun qorunması istiqamətindəki siyasətin tərkib hissəsi olaraq dini mənsubiyyətindən asılı olmayaraq bütün dini icmalara dövlət tərəfindən xüsusi diqqət göstərilir. Təsadüfi deyildir ki, təkcə bu il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qeyri-müsəlman dini icmalara 800 min manat ($516 000), o cümlədən Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasına 250 min manat ($161 000) vəsait ayrılmışdır.  Həmçinin maddi və mənəvi irsə olan ənənəvi hörmətin göstəricisi kimi müsəlman məscidlərinin, pravoslav, katolik, alban kilsələrinin, sinaqoqların inşası və təmir işlərinə dövlət tərəfindən qayğı ilə yanaşılır.

Milli və dini zəmində münaqişələrin artdığı bir dövrdə əsrlər boyu tolerantlığı ilə nümunəvi olan Azərbaycan tolerantlıq, multikulturalizm, dinlər və mədəniyyətlərarası dialoq sahəsində onlarla beynəlxalq və regional konfrans, forum və simpoziumlar keçirməklə, habelə beynəlxalq qurumların toplantılarına ev sahibliyi etməklə beynəlxalq aləmə öz töhfələrini vermişdir. Azərbaycanda son illərdə dünya dini liderlərinin Zirvə görüşü, mədəniyyətlərarası dialoq və Bakı Beynəlxalq Humanitar forumları, Bakıda dünya dini liderlərinin sammiti, “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda konfrans, Mədəniyyətlərarası Dialoq Forumu, “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq” devizi altında II Dünya Mədəniyyətlərarası Dialoq Forumu, III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının “İnkluziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” adı altında VII Qlobal Forumun Bakı şəhərində keçirilməsi Azərbaycan dövlətinin beynəlxalq nüfuzundan xəbər verir.

Dinlərarası münasibətlərdə böhran yaşayan, islamofobiya, ksenefobiya, antisemitizm halların artdığı dünyamızda Azərbaycan hökuməti nəinki öz torpağında, həmçinin ölkə xaricində müxtəlif dinlər üçün xüsusi tarixi, mənəvi əhəmiyyəti olan abidələrin bərpasına və inşasına diqqət ayırır. Bu baxımdan Fransa regionlarında kilsələrin, müqəddəs Roma katakombalarının bərpası, Həştərxanda Müqəddəs Knyaz Vladimirə abidənin ucaldılmasını nümunəvi hal kimi göstərmək olar.

Məlumdur ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunmuş, 1 milyondan artıq azərbaycanlı öz doğma yurdlarından qaçqın və köçkün düşmüşdür. Hərbi təcavüz nəticəsində təxminən 403 tarixi-dini abidə erməni işğalı altında qalmışdır. Milli, dini ənənəni özündə daşıyan bu abidələr ermənilər tərəfindən məhv edilir, tarixi alban məbədləri isə erməniləşdirilib qriqoryanlaşdırılır.

Bütün bunlara baxmayaraq, Azərbaycan paytaxtının mərkəzində yerləşən erməni kilsəsinin Azərbaycan dövlətinin mühafizəsi altında olması təqdirəlayiq haldır.

Təəssüf ki, Ermənistan tərəfindən münaqişə tarixi boyu törədilmiş insanlığa zidd  əməllər və vandalizm bu ilin aprel ayında yenidən təkrarlanmışdır. Ermənistanın təcavüzkar olması və qoşunlarının Azərbaycan ərazisindən təcili çıxarılması ilə bağlı BMT qətnamələrinə, habelə ATƏT-in Minsk Qrupunun bəyanatlarına və Avropa Şurasının rəsmi sənədlərinə məhəl qoymayan Ermənistan silahlı qoşunlarının törətdikləri fitnəkar təxribat nəticəsində bu ilin aprel ayının əvvəllində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən döyüşlərdə (01-05.04.2016) yüzlərlə insan, o cümlədən mülki şəxslər həlak olmuş,  Azərbaycanın Ağdam və Tərtər rayonlarının ərazilərində başqa sahələrlə yanaşı XIX əsrə aid olan tarixi-dini abidələr də erməni vandalizminə məruz qalmış, bəzi məscidlərə ciddi ziyan dəymişdir. Ağdam rayonunun Xındırıstan, Əhmədağalı və Zəngişalı kənd məscidlərinin divarlarında böyük çatlar əmələ gəlmişdir. Tərtər şəhər “Cümə” məscidinin ətrafına erməni silahlıları tərəfindən atılan top mərmiləri məscidin bir tərəfinin divarlarında çatlar əmələ gətirmişdir.

Hörmətli Assambleya üzvləri,

Biz dini konfessiyaların, dini liderlərin və dini qurumların sülh və qardaşlıq naminə bir araya gəlmələrini qiymətləndirir, lakin Parlamentlərarası Pravoslav Assambleyasının “Fundamental Qlobal Təhdidlər – Xristian Pravoslav Perspektivi” adlı qətnaməsinə hansısa tərəfin maraqlarından çıxış edərək, Dağlıq Qarabağ barəsində düzgün olmayan, təxribat xarakterli müddəanın əlavə edilməsini Parlamentlərarası Pravoslav Assambleyasının xristianlıq və demokratiya prinsipləri və dəyərləri üzərində qurulan hədəflərinə zidd olduğunu düşünürük. 

Odur ki, biz, baş verən hadisələrin,  eyni zamanda Azərbaycan dövlətinin apardığı siyasətin şahidi kimi Sizi qərəzsiz və düzgün mövqe nümayiş etdirməyə, ədalətin bərpası üçün səy göstərməyə çağırırıq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!