USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Nəqliyyat vasitələrinin idarə edilməsində yeni qaydalar qəbul olunub

Milli Məclisin bu gün keçirilən iclasında “Yol hərəkəti haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

ASAN Radionun məlumatına görə, qanunun 33-cü maddəsinə təklif olunan dəyişiklikliyə əsasən, “BE” kateqoriyasına aid nəqliyyat vasitələrinin idarəetmə hüququ 19 yaşdan hesablanmaq şərti ilə yanaşı, “B” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübənin 1 ildən az olmamaq şərti ilə götürüləcək.

“CE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququnda da 21 yaşdan yuxarı şərt ilə yanaşı, “C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübənin 3 ildən az olmamaq şərti əlavə edilir. Bundan başqa “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququnda 23 yaşdan hesablanmaq şərt ilə yanaşı, 65 yaşadək və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 5 ildən az olmamaq şərti əsas götürüləcək.

Digər əlavəyə görə isə “DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququnda 26 yaşdan hesablanmaq şərt ilə paralel olaraq, 65 yaşadək və “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarə etmək sahəsində təcrübə 3 ildən az olmamaq şərti də qaydaya daxil ediləcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!