USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Nizami rayonunda 13 km yol təmir olunub

Bakı şəhəri Nizami rayonunun daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq, Qara Qarayev prospekti və Rüstəm Rüstəmov küçəsi təmir olunub.

"Azəravtoyol" ASC-dən ASAN Radioya verilən məlumata görə, hər iki yolda dağılmış və qabarmış hissələr mövcud idi. Bu isə öz növbəsində, avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətinə maneə yaradırdı. Artıq bu problem tam olaraq aradan qaldırılıb.

Təmir-tikinti işlərinin aparıldığı Qara Qarayev prospekti 6 hərəkət zolaqlı olmaqla uzunluğu 3 km, eni 24 metrdir.

Prospekt boyunca köhnə asfalt örtüyünün üst qatı frezlənərək kənara daşınıb, daha sonra yola yeni asfalt-beton örtük döşənib. Ümumilikdə yolun 72 min kv.m sahəsi asfaltlanıb. Bundan başqa, yol boyu 1 metr enində yeni yolayrıcı inşa olunub, zəruri olan yerlərdə piyada səkiləri bərpa olunuraraq 11 min kv.m sahəsi asfaltlanıb, səkilərin və yol ayrıcının kənarlarına 15 min poqon-metrə yaxın yeni səki daşları düzülüb.

Prospektdə müasir işıqlandırma sisteminin qurulması üçün 83 ədəd işıq dirəyi quraşdırılıb, həmçinin 2 yerdə avtobusların ümumi hərəkətə mane olmadan dayanacağa giriş-çıxışını təmin etmək üçün xüsusi “cib”li hissələr yaradılıb.

Yolun hərəkət hissəsindən səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş mövcud yağış-kanalizasiya sistemi işlək vəziyyətə salınıb, 30 ədəd yağış barmaqlığı yenilənib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq yeni baxış qapaqları qoyulub.

Təmir-tikinti işləri çərçivəsində prospektin Nəsimi küçəsi ilə kəsişməsindən başlayaraq Nizami rayon İcra Hakimiyyətinin qarşısından keçən uzunluğu 715 m, eni 11 m olan, həmçinin Şirin Mirzəyev və Rüstəm Rüstəmov küçələri arasında yerləşən uzunluğu 929 m, eni 15 m olan köməkçi yollarında da təmir işləri aparılıb. Sözügedən hissələrdə təmir işləri 21.8 min kv.m ərazini əhatə edib.

Anoloji təmir-tikinti işləri Rüstəm Rüstəmov küçəsində də aparılıb. Küçənin uzunluğu 1,9 km, eni isə 28 metrdir. Küçə hər bir istiqamətə 3 olmaqla, 6 hərəkət zolağından ibarətdir.

Təmir-tikinti işləri çərçivəsində küçə boyu 10 min poqon-metr köhnə səki daşı yenisi ilə əvəz olunub, həmçinin yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək 70 min kv.m-dən çox ərazi yenidən asfaltlanıb. Vətəndaşların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunaraq 6500 kv.m sahəsi asfaltlanıb.

Küçənin Qara Qarayev prospekti ilə kəsişməsindən Ramiz Qənbərov küçəsinədək olan hissəsində 1 metr enində və 440 metr uzunluğunda yol ayrıcı inşa olunub, yolayrıcına 14 ədəd işıq dirəyi quraşdırılıb, avtobusların ümumi hərəkətə mane olmadan dayanacağa giriş-çıxışını təmin etmək üçün xüsusi “cib”li hissələr yaradılıb.

Bundan başqa, yoldan səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş mövcud yağış-kanalizasiya sistemi işlək vəziyyətə salınaraq yağış barmaqlıqları yenilənib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yolgöstərici və yolcizgi xətlərinin çəkilişi işləri aparılıb.

Qeyd edək ki, həm Qara Qarayev prospekti, həm də Rüstəm Rüstəmov küçəsi avtonəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi ərazidə yerləşməklə mühüm əhəmiyyətə malikdir.

Nizami rayonunda bundan öncə daha bir neçə küçədə də təmir-tikinti işləri aparılaraq yekunlaşdırılıb. Bu, Mikayıl Əliyev (2.8 km), Bəkir Çobanzadə (2.3 km), Mehdi Abbasov (1 km), Naxçıvanski (0.85 km) və Nəsimi (1.2 km) küçələridir. Ümumilikdə Nizami rayonunda son aylar ərzində “Azəravtoyol” ASC tərəfindən təmir olunmuş küçə və prospektlərin uzunluğu 13 kilometr təşkil edir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!