USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
1 Oktyabr - Beynəlxalq Ahıllar günüdür  

Ahılların qayğı ilə əhatə olunması Azərbaycanda aparılan sosial siyasətin prioritet istiqamətlərindən biridir. BMT Baş Məclisinin 1992-ci ildə Ahılların müdafiəsi ilə bağlı qəbul etdiyi Qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i Beynəlxalq Ahıllar günü kimi qeyd edilir. Burada məqsəd cəmiyyətin diqqətinin ahılların problemlərinin həllinə yönəldilməsi, ahıllara diqqət və qayğının artırılmasıdır. Müstəqil Azərbaycanda ahıllarla bağlı dövlət siyasəti xalqımızın ümummilli lideri Heydər Əliyevin ahıl insanların sosial müdafiəsinin təmin olunmasına göstərdiyi xüsusi diqqət və qayğı əsasında formalaşıb. Ahıllara dövlət qayğısının ildən-ilə artması ilə müşahidə olunan bu humanist siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Dövlət başçısının müvafiq fərman və sərəncamlarına, 2004-cü ildə təsdiq edilmiş “Azərbaycanda demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”na, 2006-cı ildə təsdiq edilmiş “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”na və digər sənədlərə əsasən ahılların maddi və mənəvi tələbatlarının ödənilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, ölkəmizdə yeni sığorta-pensiya sisteminin fəaliyyət göstərdiyi 2006-cı ildən indiyə qədər Azərbaycan Prezidenti tərəfindən imzalanan müvafiq sərəncamlarla yaşa görə əmək pensiyasının baza hissəsinin və sığorta hissəsinin mütəmadi olaraq artırılması təmin olunur. Cari ildə də bu istiqamətdə müvafiq addımlar atılıb. 2016-cı il iyulun 1-i vəziyyətinə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,3 faiz, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 8,1 faiz artıb. Azərbaycan Prezidentinin 19 yanvar 2016-cı il tarixli Fərmanı ilə digər müharibə əlilləri kimi, İkinci Dünya müharibəsi əlillərinə verilən Azərbaycan Respubikası Prezidentinin təqaüdləri də cari ildə növbəti dəfə artırılıb.

Bu vaxtadək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1104 nəfər İkinci Dünya müharibəsi əlili və iştirakçısı olan ahıl vətəndaş minik avtomobili, həmin təbəqədən olan 117 nəfər şəxs isə mənzillə təmin edilib.

Hər il İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin ildönümü ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvafiq Sərəncam imzalanaraq, həmin müharibənin iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilir. Cari ildə də müvafiq Sərəncamla 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarının hər birinə 1000 manat, digərlərinə isə 500 manat məbləğində birdəfəlik maddi yardım ödənilib. Ödənilən birdəfəlik maddi yardımların məbləği də ildən ilə artırılır. Ötən illə müqayisədə cari ildə bu artım 25 faiz təşkil edib və müvafiq olaraq 800 manatdan 1000 manata, 400 manatdan 500 manata qaldırılıb. Azərbaycan MDB-yə üzv ölkələri arasında 1941-1945-ci illər müharibəsi iştirakçılarına ən yüksək məbləğdə birdəfəlik maddi yardım verilən ölkədir.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial işçiləri tərəfindən respublika üzrə 11,9 min nəfərdən çox tənha ahıl və əlil şəxsə evlərində sosial-məişət xidməti göstərilir. Onlardan 9555 nəfərini ahıllar, yəni yaşı 70-dən yuxarı olanlar, digərlərini I və II qrup əlillər təşkil edir. Onlar üçün müxtəlif ictimai-iaşə, ticarət, kommunal xidmətlərlə yanaşı, hüquqi məsləhət yardımları da təşkil olunur. Ahıl şəxslərin dövlət hesabına bərpa-müalicə xidməti, reabilitasiya avadanlıqları, sanatoriya-kurort yollayışları ilə təminatı sahəsində də tədbirlər görülür.

Nazirliyin Müharibə və əmək əlilləri üçün pansionatı tənha ahıl insanların dövlət himayəsində yaşadığı müəssisədir. Son illərdə pansionatda, pansionatda əsaslı təmir və yenidənqurma işləri aparılmaqla, müəssisə üçün 5 mərtəbəli 170 yerlik ikinci korpus inşa olunaraq istifadəyə verilib. Pansionatda ahıl insanların hərtərəfli təminatı üçün hər cür şərait yaradılıb. Onlar müəssisədə sanitariya-gigiyena tələblərinə cavab verən, zəruri mebel və avadanlıqlar ilə təchiz olunmuş yaşayış sahəsi, müəyyən edilmiş normalara və istismar müddətlərinə uyğun geyim, yataq dəstləri ilə, qida normalarına uyğun olaraq gündə 3 dəfə yeməklə təmin olunurlar.

Hər il 1 Oktyabr Beynəlxalq Ahıllar Günü ərəfəsində ölkəmizdə ahıl insanların sosial müdafiəsinin gücləndirilməsi və layiqli həyat şəraitinin təmin edilməsinə, eləcə də həyatının ahıl çağında bu və ya digər səbəblərdən tənha və köməksiz qalmağa düçar olmuş insanların dövlət tərəfindən hərtərəfli təminatla əhatə olunmasına yönəlmiş kompleks işlər aparılır.

2011-ci il 30 dekabr tarixli “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşı 70-ə çatmış şəxs ahıl hesab olunur. Hazırda respublikada 400 min nəfərdən çox ahıl insan yaşayır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!