USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Amnistiya aktının tətbiqi nəticəsində 2800-dən çox şəxs azadlığa buraxılıb

Azərbaycanda Amnistiya aktının tətbiqi nəticəsində 2800-dən çox şəxs azadlığa buraxılıb.

ASAN Radionun məlumatına görə, bu barədə Azərbaycanın Baş prokuroru Zakir Qaralovun "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyilir.

Qeyd olunur ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Milli Məclis tərəfindən qəbul edilmiş “28 May – Respublika Günü münasibətilə Amnistiya elan edilməsi haqqında” 20 may 2016-cı il tarixli qərarın icrasının təmin edilməsi ilə bağlı həyata keçirilən səmərəli iş nəticəsində sentyabr ayının əvvəlinədək olan müddət ərzində prokurorluq əməkdaşlarının iştirakı ilə Amnistiya aktı ümumilikdə 10 079 məhkum olunmuş şəxs barəsində tətbiq edilib, onlardan 9538-i kişi, 541-i qadın, о cümlədən 97-si yetkinllk yaşına çatmayan şəxs olub.

Məqalədə bildirilir ki, həmçinin Amnistiya aktının tətbiq edilməsi nəticəsində cərimə cəzasına məhkum edilmiş 2240 şəxs 2.344.797 manat məbləğində сərimə ödəməkdən azad olunub. Amnistiya aktının tətbiqi nəticəsində cəzaçəkmə müəssisələrində cəza çəkən 2819 şəxs azadlıqdan məhrumetmə cəzalarından azad edilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!