USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib

ASAN Radio xəbər verir ki, oktyabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) ölkədəki mövcud dini duruma həsr olunmuş müşavirə keçirilib. Müşavirədə Dövlət Komitəsinin rəhbərliyi, eləcə də mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

Müşavirəni açan DQİDK sədri Mübariz Qurbanlı gündəlikdəki məsələlər barədə ətraflı məlumat verərək, maarifləndirmə məqsədi ilə keçirilən silsilə tədbirlərin davam etdirilməsinin zəruriliyini qeyd edib. Komitə sədri bildirib ki, dini radikalizmin yayılmasına qarşı Dövlət Komitəsi tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri öz bəhrəsini verməkdədir. Davamlı olaraq respublikamızın bütün şəhər və rayonlarında milli-mənəvi və dini dəyərlərimizin, həmçinin, Azərbaycanın tolerantlıq və multikultural ənənələrinin təbliği və təşviqi üçün çox böyük işlər görülür.

Müşavirədə ölkədəki mövcud dini durum, dövlət-din münasibətləri, dövlətin dinə qayğısı, Azərbaycanın zəngin tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərimizin qorunması və digər aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Məhərrəm ayının başlaması ilə əlaqədar olaraq Aşura günü təziyə mərasimlərində Kərbəla şəhidləri ilə yanaşı,  Qarabağ müharibəsi zamanı şəhid olan soydaşlarımız və qazilərimiz də anılmalı, bütün mərasim və tədbirlər qanun çərçivəsində təşkil edilməlidir.

Müşavirədə bölgə şöbə müdirlərinin hesabatları dinlənilib, dini icmaların maarifləndirmə işlərinin davam etdirilməsi məqsədilə layihələrə  cəlb edilməsi məsələləri müzakirə olunub.

Sonda müzakirə olunan məsələlərlə bağlı bölgə şöbə müdirlərinə müvafiq tapşırıq və tövsiyələr verilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!