USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakıda “Avropa şəhərciyi-2016”nın açılışı olub

Oktyabrın 1-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi ittifaqa üzv ölkələrin Bakıdakı səfirliklərinin birgə səyi və Dənizkənarı Bulvar İdarəsinin tərəfdaşlığı ilə “Avropa şəhərciyi-2016” festivalını təşkil edib.

ASAN Radio xəbər verir ki, Dənizkənarı Milli Parkda baş tutan tədbirdə Avropa İttifaqına daxil olan 22 ölkənin mədəniyyətini, adət-ənənəsini və turizm potensialını əks etdirən stendlər quraşdırılıb.

Avropa İttifaqının Azərbaycandakı səfiri, xanım Malena Mard çıxış edərək bildirib ki, “Avropa şəhərciyi” Aİ-yə üzv ölkələrlə birgə əməkdaşlıq çərçivəsində təşkil olunub. Festivalın keçirilməsində məqsəd Avropa İttifaqına üzv ölkələrə öz mədəniyyət və ənənələrini nümayiş etdirmək üçün imkan yaratmaqdır.

Vurğulanıb ki, “Avropa şəhərciyi-2016” festivalı çərçivəsində uşaq və böyüklər üçün çoxsaylı müsabiqə və viktorinalar, Avropa ölkələrinə virtual səyahətlər, milli rəqs və karaoke ifaları, feys-art, şahmat yarışı və digər maraqlı proqramlar təşkil olunacaq. “Avropa Şəhərciyi” bütün əhali üçün açıq ictimai məkanda təşkil edilən bir tədbirdir. Müsabiqə və viktorina qaliblərini isə xüsusi hədiyyələr gözləyir.

Diplomat hər kəsi əyləncə dolu gündən zövq almağa dəvət edib.

Sonra festival açıq elan olunub.

İştirakçılar “qaspaço” və “paella” kimi tanınmış Avropa yeməklərinin hazırlanması üzrə kulinariya şousuna tamaşa etməklə yanaşı, pizza xəmirinin virtuoz-aşpaz tərəfindən havada fırladılması şousunu da yaxından izləmək imkanı əldə ediblər.

Festivalda xüsusi olaraq uşaqlar üçün sehrbazın çıxışı və müxtəlif şoular da təşkil olunub.

Qeyd edək ki, sözügedən festival 2013-cü ildən etibarən keçirilir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!