USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Sankt-Peterburqda konfrans zamanı erməni alimin provokasiyasının qarşısı alınıb

Sentyabrın 26-dan 29-dək Sankt-Peterburqda, Dövlət Ermitajında İkinci Beynəlxalq “İCON II” konfransı keçirilib. Konfransda Azərbaycan alimləri də məruzə ilə çıxış ediblər.

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğundan ASAN Radioya verilən məlumata görə, İkinci Beynəlxalq “İCON II” konfransı Şərq numizmatikası mövzusuna həsr edilib. Tədbir çərçivəsində Aleksandr Akopyanın “1747-1827-ci illərdə Şərqi Ermənistan xanlıqlarında (İrəvan, Naxçıvan, Gəncə və Qarabağ) zərbxana işi” mövzusunda təhrikçi xarakterli məruzə ilə çıxış etməsi nəzərdə tutulurdu. Erməni tərəfin növbəti dəfə Azərbaycanın tarixi dəyərlərini və mədəni irsini mənimsəmək cəhdləri geniş rezonans doğurub və ictimaiyyətin haqlı narazılığına səbəb olub.

Həmin konfransın əhəmiyyəti və tədbirdə Azərbaycan alimlərinin iştirakının aktuallığı nəzərə alınaraq Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Azərbaycanın Rusiyadakı səfirliyi ilə yanaşı, Ölkəmizin Sankt-Peterburqdakı baş konsulluğu da Dövlət Ermitajının direktoru Mixail Piotrovskiyə məktub göndərərək Azərbaycan alimlərinin akkreditasiyasına kömək göstərilməsini xahiş edib.

Həmin konfransa Milli Azərbaycan Tarixi Muzeyinin numizmatika şöbəsinin rəhbəri, tarix elmləri doktoru, professor Əli Rəcəblidən və AMEA-nın Hüquq və insan haqları institutunun böyük elmi işçisi, Qafqaz Tarixi Mərkəzinin direktoru, dosent Rizvan Hüseynovdan ibarət AMEA nümayəndə heyətini göndərmək qərara alınıb.

Azərbaycanlı alimlər ölkəmizin Sankt-Peterburqdakı baş konsulluğunda bu diplomatik missiyanın rəhbəri Sultan Qasımovla görüşüblər. Görüşdə AMEA nümayəndələrinin konfransda iştirakı və çıxışı ilə bağlı məsələlər müzakirə edilib.

Dövlət Ermitajının direktoru Mixail Piotrovski beynəlxalq konfransın açılış günündə azərbaycanlı alimləri qəbul edib və Azərbaycanın bu tədbirdə təmsil olunmasından məmnunluğunu bildirib. M.Piotrovski numizmatikanın və digər elmi fənlərin inkişafına Azərbaycan alimlərinin töhfəsini yüksək qiymətləndirərək Ermitaj ilə Azərbaycanın elmi dairələri arasında əməkdaşlığı genişləndirməyin zəruri olmasını vurğulayıb. Konfransın ilk günündə iclasların birində professor Əli Rəcəblini sədr təyin etmək qərara alınıb. Azərbaycan nümayəndə heyətinin təkidi ilə erməni professor A.Akopyanın məruzəsinin ilkin adı tədbirin proqramından çıxarılıb, məruzənin mətninə dəyişikliklər olunub, “Şərqi Ermənistan” sözləri və onunla bağlı ifadələr mətndən ixtisar edilib.

Konfransın son günündə professor Əli Rəcəbli “XVIII-XIX əsrlərdə Azərbaycan xanlıqlarında zərbxana işi və pul dövriyyəsi” adlı məruzə ilə çıxış edib. Azərbaycan aliminin çıxışı konfransın gedişində əsaslı dəyişikliyə səbəb olub və beynəlxalq konfrans çərçivəsində ermənilərin növbəti yalanını yaymaq cəhdinin qarşısı alınıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!