USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Beynəlxalq Muğam Mərkəzində "Bakı Beynəlxalq Caz Festivalı"nın ikinci gününün proqramı

ASAN Radio xəbər verir ki, bu gün Beynəlxalq Muğam Mərkəzində "Bakı Beynəlxalq Caz Festivalı"nın ikinci günü keçiriləcək. 

Bu tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

Xüsusi vurğulamaq lazımdır ki, ilk dəfə olaraq Beynəlxalq Muğam Mərkəzində keçirilən tədbir radio vasitəsilə canlı yayımlanır və bu canlı yayımı eksklüziv olaraq ASAN Radionun efirindən hər kəs dinləyə bilər.

ASAN Radio “Bakı Beynəlxalq Caz Festivalı”nın rəsmi informasiya tərəfdaşıdır.

bakujazzfestival.com saytının verdiyi məlumata əsasən, saat 19:00-da başlayacaq konsertdə İspaniyadan olan saksofon ustası Antonio Lizananın solisti olduğu qrup çıxış edəcək.

Antonio Lizana 10 yaşından etibarən Kadiz Musiqi Konservatoriyasında bu alətdə ifa etməyi öyrənməyə başlayıb.

Onun caz sənəti ilə yaından tanış olması və bu musiqini sevməsi Cerri Berqonzinin, Dik Oatsın, Cim Snideronun və Perico Sambitin caz üzrə verdikləri müxtəlif seminarlarda iştirak etdiyi dövrlərlə üst-üstə düşür.

Qeyd edək ki, oktyabr ayının 30-dək Azərbaycanın paytaxtı Bakı şəhərində “Bakı Beynəlxalq Caz Festivalı” keçirilir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!