USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“ASAN xidmət” Rusiyanın “Rossiya 1” telekanalında

ASAN Radio xəbər verir ki, Rusiyanın “Rossiya 1” telekanalında yayımlanan “Vesti” proqramında Azərbaycan haqqında geniş reportaj nümayiş etdirilib. Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Sputnik” agentliyinə müsahibəsindən müasir Azərbaycanın inkişafı ilə bağlı hissə təqdim olunub. Proqramın aparıcısı müsahibəni belə təqdim edib: “Azərbaycanın lideri öz ölkəsi haqqında fəxrlə və sakit əminliklə danışırdı”:

Azərbaycan Prezidenti bunları deyib: "Bu gün bu, sözün tam mənasında, müstəqil, özünü təmin edən, milli köklərə söykənmiş, eyni zamanda dünyəvi, çoxmillətli, çoxkonfessiyalı, uğurla inkişaf edən, yalnız öz gücünə arxalanan, qonşularla xoş, mehribanlıq münasibətləri olan, dünya ictimaiyyətinin etibarlı və layiqli üzvü olan dövlətdir. İqtisadi sahədə çoxlu sayda nailiyyətlər haqqında danışmaq olar: yalnız bir faktı nəzərinizə çatdırım ki, Ümumdünya Davos İqtisadi forumunun son hesabatına əsasən, Azərbaycan iqtisadiyyatı, rəqabət qabiliyyətinə görə, dünyada 37-ci yeri tutur. Bu, MDB-də birinci və dünya arenasında kifayət qədər ciddi yerdir. Ona görə bizim qarşımızda üfüqlər açıqdır, biz inamla irəliləyirik. Mən əminəm ki, növbəti 25 il sürətli inkişaf illəri olacaq".

Reportajda vurğulanıb ki, Azərbaycan bütün sahələrdə inkişaf edir və “ASAN xidmət” bu inkişafın əsas göstəricisi və rəmzlərindəndir. Müəllif qeyd edib ki, müasir Azərbaycan onun haqqında formalaşan ənənəvi təsəvvürdən çox uzaqlaşıb. Zaqafqaziyada yüksək texnologiyalar, “ASAN xidmət” mərkəzləri. Bir məkanda 250-dən çox xidmət cəmlənib. Stasionar xidmətlərdən əlavə səyyar xidmət göstərən avtobuslar da var ki, bunların köməyi ilə ən ucqar nöqtələrdə vergi ödəmək yaxud mülkiyyət hüququnu qeydiyyata aldıra bilərsiniz. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov.

"Siz burada şəxsiyyət vəsiqəsini ala bilər, notarial xidmətlərdən yararlana bilər, həmçinin Azərbaycana gələn qonaqlarımız miqrasiya xidmətlərindən istifadə edə bilərlər".

Reportajda daha sonra qeyd olunub ki, növbəti illərdə Azərbaycan daha böyük layihələr və tədbirlər həyata keçirəcək ki, 2017-ci ildə baş tutacaq İslam olimpiya oyunları bunların sırasındadır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!