USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Patent hüquqlarında müasir istiqamətlər” mövzusunda regional seminar öz işinə başlayıb

ASAN Radio xəbər verir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi(SMPDK), Ümumdünya Əqli Mülkiyyət Təşkilatı(ÜƏMT) və Avrasiya Patent Təşkilatının (AAPT) təşkilatçılığı ilə 2 günlük regional seminar öz işinə başlayıb.

Seminarda çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Aparat rəhbərinin müavini Niyazi Rəhimov ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsində əqli mülkiyyətin rolu və bu sahədə mövcud olan aparıcı təşkilatlarla əməkdaşlıq əlaqələrini xüsusi vurğulayıb. Onun sözlərinə görə, cari iqtisadi proseslər Azərbaycanda qeyri neft sahəsinin, sənaye və ticarətin daha da inkişaf etdirilməsi zərurətini artırmaqdadır. Bu müstəvidə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar məhz iqtisadiyyatda innovativliyin təşviqi, ədalətli rəqabət və azad ticarət şəraitinin təmin olunmasına yönəlib. Onun sözlərinə görə hüquqi dövlət quruculuğu nəticəsində ölkəmizdə əqli mülkiyyət hüquqlarının qorunması və effektiv idarə olunması üçün müasir hüquqi-normativ baza yaradılmış, texnologiyalar üzərində müstəsna hüquq sahibləri və sənaye arasında münasibətlərin tənzimlənməsi, bununla da innovasiyaların sənayedə daha da geniş tətbiq edilməsi üçün bütün lazımi hüquqi şərait yaradılıb. 

ÜƏMT-nin İnkişaf etməkdə olan və inkişaf etmiş ölkələr departamentinin nümayəndəsi cənab İlya Qribkov Azərbaycanla əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə edib O, Azərbaycanın ÜƏMT ilə əməkdaşlıq çərçivəsində bir sıra mühüm layihələrin həyata keçirildiyini və Azərbaycanın bu layihələrin hər zaman uğurlu icraçısı kimi yadda qaldığını bildirib.

Avrasiya Patent Təşkilatının (AAPT) prezidenti xanım Saule Tlevlesova bildirib ki, əqli mülkiyyət sahəsində Azərbaycanın uğurlarını, əqli mülkiyyət sahəsinin daha da inkişaf etdirilməsi məqsədilə həyata keçiriləcək işlər və gələcəkdə əməkdaşlıq münasibətlərinin daha da genişlənəcəyindən əminliyini də qeyd edib.

Seminarda adı çəkilən qurumların nümayəndələri ilə yanaşı Azərbaycan Milli Elmlər Akademiyasının, Müəllif Hüquqları Agentliyinin, Rusiya Federasiyasının, Özbəkistan, Ukrayna, Gürcüstan, Qazaxstan, Qırğızıstan, Türkmənistanın patent idarələrinin rəsmi nümayəndələri də iştirak edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!