USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Sarı gəlin” səhnələşdirilmiş şəkildə tamaşaçılara təqdim olunacaq

ASAN Radio xəbər verir ki, Gənclər və İdman Nazirliyi tərəfindən gənclər arasında mədəni irsin təbliğ edilməsi, xalqımızın dünya musiqi xəzinəsinə bəxş etdiyi “Sarı gəlin” mahnısının yaranma tarixini faktlar əsasında dəqiqliyi ilə tamaşaçılara daha yaradıcı şəkildə təqdim etmək məqsədi ilə 27 oktyabr saaat 19.00-da da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında layihənin təqdimatı keçiriləcək.

Layihənin keçirilməsində əsas məqsəd gənclərin Azərbaycanın milli-mədəni irsi və tarixi haqqında məlumatlandırılması, adət və ənənələrin onlar tərəfindən qorunub saxlanması və təbliğ edilməsidir.

3 hissədən ibarət olacaq layihənin ilk bölümündə yerli və xarici qonaqlar əvvəlcə foyedə qurulmuş “Azərbaycan musiqisi tarixinə səyahət” adlı sərgi ilə tanış olacaqlar. Sərgidə qonaqlar Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi tərəfindən layihədə sərgilənmək üçün təqdim edilmiş qədim musiqi alətləri, eyni zamanda Bakı Milli Geyim Evi tərəfindən hazırlanmış qədim və milli geyimlərlə tanış olacaq, milli ornamentli xalçalarımıza baxış keçirəcək, milli və tətbiqi sənət məhsulları ilə tanış olacaqlar. Qeyd edək ki, sərgidə qonaqlar üçün muğam və milli musiqilər səsləndiriləcəkdir.

Daha sonra teatrın zalında “Sarı gəlin” mahnısının tarixçəsi haqqında hazırlanmış videomaterialın təqdimatı keçiriləcəkdir. Video materialda “Sarı gəlin” layihəsinin elmi rəhbəri, AMEA-nın Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü,əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Yaqub Mahmudov və Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor Gülzar Abdullazadənin mahnının yaranma tarixi haqda təqdim etdikləri faktlar müsahibələr şəklində nümayiş olunacaq.

Sonda 150 nəfərə yaxın tələbə və aktyorun iştirakı ilə hazırlanmış “Sarı gəlin” tamaşası təqdim etdiriləcək.

Tarixi faktlar əsasında hazırlanmış tamaşanın rejissoru respublikanın əməkdar artisti Nicat Kazımovdur.

Məlumat üçün bildirək ki, təqdimat mərasimində dövlət və hökumət nümayəndələrinin,millət vəkillərinin və xarici ölkə səfirlərinin iştirakı nəzərdə tutulur.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!