USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Şamaxıda güzəştli kreditlərlə müasir heyvandarlıq kompleksi və iri fermer təsərrüfatı yaradılır

Bu gün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu Şamaxı rayonunun Mədrəsə qəsəbəsində keçirib. 

ASAN Radio İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, 80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Şamaxı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan taxılçılıq, cins heyvandarlıq, arıçılıq, üzümçülük, badamçılıq, kartofçuluq təsərrüfatlarının, pendir, çörək və şirniyyat məhsullarının istehsalı müəssisələrinin və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2016-cı il ərzində Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 2400-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 157 milyon manatdan çox güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşdırılması 7700-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1850-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 67,7 milyon manat güzəştli kredit verilib. 

İşgüzar forumda Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən 30 sahibkara 262 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, bağçılıq, arıçılıq və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 40-dan çox yeni iş yerinin açılması mümkün olacaq.

Forum çərçivəsində Şamaxı rayonunda güzəştli kredit ayrılmış müasir heyvandarlıq kompleksinə və iri fermer təsərrüfatına baxış keçirilib. Ümumilikdə, indiyədək 23 müasir heyvandarlıq kompleksinin yaradılmasına 100 milyon manatdan çox güzəştli kredit verilib. Artıq təsərrüfatlardan 19-u istifadəyə verilib. Bu təsərrüfatlarda istehsal olunan yüksək keyfiyyətli süd bu sahədə tələbatın ödənilməsində əhəmiyyətli rol oynayır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!