Amerika Birləşmiş Ştatları total şəkildə şəbəkədən ayrıla bilər. “Galaxy Note 7” smartfonları işləməyəcək.
Cənubi Koreyanın Samsung korporasiyası ABŞ-da yenilənmiş proqram təminatının istehsalını planlaşdırır. Bundan sonra bu ölkədə “Galaxy Note 7” telefonlarını istifadə etmək mümkün olmayacaq.
Bu barədə ASAN radio ABŞ-ın NBC telekanalına istinadən xəbər verir.
Məlumatda bildirilir ki, yeni proqram təminatı dekabrın 19-da işıq üzü görəcək.
Həmin təminat telefona yüklənildikdə, akkumulyatorları yenidən doldurmaq imkanı dərhal ləğv ediləcək.
Bundan sonra smartfonlar mobil telefon kimi fəaliyyət göstərə bilməyəcək.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!