USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Qəbələdə X Yüksək Səviyyəli Toplantının açılış mərasimi olub

Bu gün Qəbələ şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə X Yüksək Səviyyəli Toplantının açılış mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim ibrahimov bildirib ki, toplantının məhz Qəbələ şəhərində keçirilməsi təsadüfi deyil. “Bügünkü tədbirin Qəbələdə keçirilməsi bir daha sübüt edir ki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında bu gün ölkəmizin paytaxtı deyil, hər bir şəhəri, kəndi inkişaf edir”.

Komitə sədri İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Səragəldinə Azərbaycan şairi Nizami Gəncəvi irsinin təbliğində göstərdiyi xidmətlərə görə təşəkkür edib.

Latviyanın sabiq dövlət başçısı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqa Qəbələ şəhərinin xüsusi gözəlliyə malik olduğunu vurğulayaraq 2 gün ərzində Madrid Klubunun iclaslarının bu şəhərdə keçirildiyini bildirib. Bundan əlavə o, çıxışında xalqlar arasında tolerantlıq, dünyada baş verən siyasi proseslər və bu proseslərlə bağlı olan məsələlərə toxunub.

Niderlandın saiq Baş naziri Vim Kok isə zorakı ekstremizmin fəsadlarından danışaraq bildirib ki, terrorizmin qurbanları daha çox qadınlar və uşaqlar olur. O həmçinin, son aylar Avropaya güclü miqrasiya axınının, ABŞ-da keçirilən prezident seçkilərinin dünyaya təsirindən söhbət açıb.

Serbiyanın sabiq prezidenti Boris Tadiç çıxışında dünya siyasətinin texnoloji proseslərə uyğun olaraq dəyişikliyə məruz qalmasından, demokratiyanın hazırkı durumundan danışıb. “Bu gün demokratik qaydalar, demokratik dəyərlər dünyada baş verən situasiyalara uyğun şəkildə dəyişir. Bu gü bizi düşündürən əsas məsələ artan zorakı ekstremizmin qarşısını almaq üçün hansı qaydaları qəbul etməli olmağımızdır. İndi dünyada baş verən situasiyaları əvvəlkindən daha çox analiz etməliyik”.

İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin çıxış edərək dünyada baş verən terror hadisələrinin əhatə etdiyi coğrafiyanın daha da genişləndiyini söyləyib.

Qeyd edək ki, dekabrın 10-11-də davəm edəcək tədbirdə 20 ölkədən sabiq dövlət və hökumət başçıları, ümumilikdə 50-dək tanınmış siyasi və ictimai xadim, ekspert və elm adamı iştirak edir.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!