USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan tamaşaçısının ekrandan baxan gözü 

ASAN Radio xəbər verir ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Azərbaycan mədəniyyətinin, milli kino sənətimizin inkişafında öz yeri olan, özünəməxsus baxışı ilə seçilən kinooperator, rejissor, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi – Nizami Abbasın anadan olmağının 60 illiyi münasibəti ilə yubiley tədbiri keçirilib.

Nizami Abbas ömrünün 40 ilini kino sənətinə bağlayaraq bir-birindən maraqlı neçə-neçə bədii və sənədli film lentə alıb, uzun illər boyu Azərbaycan tamaşaçısının ekrandan baxan gözü olub. Onun “Ağ-qara dünya”, “Axırıncı addım”, “Bu Naxçıvandır”, “Əzablı yollar”, “Kədərimiz...Vüqarımız...”, “Qəm karvanı”, “Məhəmməd Füzuli”, “Laçının son günləri” və s. kimi sənədli filmləri milli tariximizin yaddaşlarda hər zaman qorunub saxlanmasına xidmət edib. “Afroditanın qolları”, “Qoca palıdın nağılı”, “Qocalar, qocalar...”, “Şeytan göz qabağında”, “Əlvida cənub şəhəri”, “Tənha narın nağılı” kimi bədii filmlərdə də Nizami Abbas operator kimi öz dəsti xəttini qoruyub.

O, eyni zamanda Qarabağ müharibəsində və ölkəmiz üçün taleyüklü hadisələrdə həmişə ən qaynar nöqtələrdə kinokamera ilə hadisələri lentə alıb ölkəmizin salnaməsini yaradıb. Bununla da vətənə, millətə sədaqətini hər zaman isbat edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!