USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Dövlət Statistika Komitəsində 20 Yanvar faciəsi ilə bağlı anım mərasimi keçirilib

Yanvarın 19-da Azərbaycan Dövlət Statistika Komitəsində 20 Yanvar hadisələrinin 27-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Komitədən ASAN Radioya verilən məlumata görə, anım mərasimində faciə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi terror aktı barədə ətraflı məlumat verib. Tariximizə “Qanlı yanvar” faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 27 il ötdüyünü deyən Komitə sədri öz konstitusion hüquqlarının bərqərar edilməsini tələb edən dinc və silahsız əhalinin, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan vətən övladlarının vəhşicəsinə qətlə yetirildiyini diqqətə çatdırıb.

T.Budaqov 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək hərbiçilərin dinc əhaliyə divan tutmasına qarşı kəskin münasibət bildirməklə xalqımıza başsağlığı verdiyini, sovet rəhbərliyinə qarşı açıq etirazını, bu qırğını törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdiyini xatırladıb, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsinin yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün olduğunu vurğulayıb. Prezident İlham Əliyevin şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlardan, şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan, eləcə də Azərbaycan həqiqətlərinin, o cümlədən bu qanlı hadisənin dünya ictimaiyyətinə çatdırılması sahəsində həyata keçirilən mühüm tədbirlərdən bəhs olunub.

Sonra çıxış edən Dövlət Statistika Komitəsi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Elbrus Quliyev, Xidmət statistikası şöbəsinin baş məsləhətçisi Pərvin Əbülfəsova, İnsan resursları və hüquq şöbəsinin aparıcı məsləhətçisi Flora Tağıyeva faciənin təkcə ölkə tarixində qanla yazılmış bir səhifə kimi deyil, həm də Azərbaycanın müstəqillik yolunda əldə etdiyi bir zəfər kimi anılmasından, terror hadisəsinin ümumxalq hüzn günü kimi əbədiləşdirilməsindən, bu qanlı hadisəyə ilk siyasi və hüquqi qiymətin verilməsində ulu öndər Heydər Əliyevin xüsusi rolundan danışıblar. Qeyd olunub ki, keçmiş sovet rejiminin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz dünya tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaq. Sonda 20 Yanvar faciəsinə həsr olunan video-çarx nümayiş olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!