USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində 20 Yanvar şəhidləri yad edilib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş toplantı keçirilib. Mərkəzdən ASAN Radioya verilən məlumata görə, tədbirdə 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BBMM-in icraçı direktoru Azad Məmmədov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələrinin Azərbaycan xalqına dəhşətli faciə yaşatdığını qeyd edib. İcraçı direktor bu faciəni eyni zamanda Azərbaycan xalqının müstəqillik uğrunda  mübarizə tarixində yeni səhifə kimi səciyyələndirib. Azad Məmmədov bildirib ki, 20 Yanvar faciəsində qətlə yetirilənlərin arasında digər xalqların nümayəndələri də olub, bu isə bir daha sübut edir ki, vahid vətənin suverenliyi və bölünməzliyi uğrunda Azərbaycan xalqı həmişə həmrəy olub, birlik nümayiş etdirib.

İcraçı direktor deyib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan multikulturalizminin tədrisi, qurumun müxtəlif ölkələrdə fəaliyyət göstərən filialları və beynəlxalq elita ilə mütəmadi keçirilən görüşlər vasitəsilə 20 Yanvar faciəsini, ümumiyyətlə, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində səylərini bundan sonra da əsirgəməyəcək.

Mərkəzin aparat rəhbəri, professor Aytən Qəhrəman qanlı gecənin dəhşətli statistikasından söz açıb: “Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilib. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.  Öncədən düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi ilə gerçəkləşdirilib. Ancaq xalqımızın azadlıq istəyinə qarşı yönələn bütün təcavüzlərə, zorakılıqlara və faciələrə baxmayaraq aradan keçən 27 il ərzində, heç bir şey suveren, sabit iqtisadiyyata, mütəşəkkil orduya malik və ümumxalq birliyinə müvəffəq olan güclü Azərbaycanın formalaşmasına mane ola bilmədi. Ona görə də biz indi-27 il geriyə dönüb baxdığımızda 20 Yanvarda Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan, canını əsirgəməyən vətən övladlarının yazdığı milli tariximizlə qürur duyuruq”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!