USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Baş Prokurorluq: "Qorbaçov istintaqdan yayınıb"

SSRİ-n keçmiş prezidenti Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu və Azərbaycan Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq Bakıda  fövqəladə vəziyyətin tətbiq edilməsi və ordunun Bakıya yeridilməsi ilə bağlı qanunsuz fərman verib”.

ASAN Radionun məlumatına görə, bunu Azərbaycan baş prokurorunun birinci müavini Rüstəm Usubov deyib. 

R. Usubov bildirib ki, bu fərman əsasında sovet qoşunları 1990-cı il yanvarın 19-da saat 00:00-dan başlayaraq Bakının keçmiş “Nasosnıy” qəsəbəsi, keçmiş “Əzizbəyov” metrosu və Sumqayıt şəhəri istiqamətindən şəhərə daxil olub və dinc əhalini qırğına məruz qoyub. Nəticədə 132 nəfər qətlə yetirilib, 612 nəfər yaralanıb, 814 nəfər qanunsuz həbs olunub. Binalara və digər dövlət əmlakına ciddi ziyan dəyib. Bakıda yetərincə hərbçi olduğu halda, şəhərə 66 min nəfərlik əlavə qoşun kontingenti yeridilib. Bunlar SSRİ Müdafiə Nazirliyinin, Daxili Qoşunların hərbçiləri və kursantları idi. Əməliyyata Krasnodar vilayətindən müddətdən artıq hərbi qulluq keçən hərbçilər də cəlb edilib ki, onların arasında çoxlu erməni də olub.

Rüstəm Usubovun sözlərinə görə, Azərbaycan Televiziyasının enerji blokunun partladılması Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin o vaxtkı rəhbəri Vaqif Hüseynov və Moskvadan gələn nümayəndələrin təşkilatçılığı ilə baş tutub: “O vaxt işi Rusiya Prokurorluğu aparırdı. Azərbaycan Prokurorluğu cinayət işinə çox gec - 14 fevral, 1992-ci ildə başlayıb, bu da o vaxtkı rəhbərliyin səhvidir. İki ildən sonra istintaq aparılması çox çətin idi, müəyyən sübutlar aradan qaldırılmışdı. Təzədən dindirmə aparmaq çox çətin idi. İstintaq hərəkətləri həm burda, həm də Moskvada aparıldı. SSRİ Mərkəzi Komitəsinin rəhbər işçiləri dindirildi, hansılar ki, 1990-cı ilin yanvarında Bakıya ezam olunmuşdu. Ancaq Qorbaçovu və Bakatini dindirmək mümkün olmadı. O, qaçıb gizləndi. Girenko, Babkov, Mixaylov, Yazov dindirildilər, Qorbaçov isə istintaqdan yayındı. 1992-ci ildə 68 cildlik əsas iş bizə verilmədi. İndiyə qədər Azərbaycan Prokurorluğu 68 cildlik həmin işi tələb edir, amma onlar bizə çatdırılmayıb. İstintaq gedir, 68 cild iş istintaqa daxil olduqdan sonra ona tam qiymət verib, məhkəməyə göndərmək mümkün olacaq”.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!