USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İtaliyalı jurnalist Qanlı Yanvar faciəsi barədə yazır

İtaliyanın "Dazebaonews" informasiya portalında jurnalist Romolo Martelloninin müəllifi olduğu "Azərbaycan 20 yanvar şəhidlərini anır" sərlövhəli məqalə dərc edilib.

ASAN Radionun portala istinadən xəbər verir ki, məqalədə 1990-cı il yanvarın 20-də Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə məqsədilə və sovet rejiminin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində qərəzli mövqeyinə etiraz əlaməti olaraq keçirdiyi dinc nümayişə qarşı M.Qorbaçovun əmri ilə 30.000 minlik sovet ordusunun müxtəlif istiqamətlərdən Bakıya hücumlar həyata keçirərək çoxlu sayda dinc əhalini qətlə yetirməsi barədə məlumat verilir.

Müəllif Azərbaycan xalqının müstəqillik arzusunu qan içində boğmağa çalışan sovet ordusu tərəfindən hərbi əməliyyat nəticəsində 140-dan artıq şəxsin qətlə yetirildiyini, 700-dən çox şəxsin yaralandığını, 841 nəfərin həbs olunduğunu, çoxsaylı mülki obyektlərə böyük ziyan vurulduğunu bildirir.

Məqalədə “Human Rights Watch”, "Helsinki Watch", "Memorial" kimi qeyri-hökümət təşkilatıları, habelə dünyanın aparıcı kütləvi informasiya vasitələri tərəfindən bu faciə haqqında yayılmış məlumatlara istinad edilərək sovet ordusu tərəfindən günahsız insanlara tətbiq olunan fiziki güc haqqında danışılır. Dinc sakinlərə qarşı törədilən vəhşiliklərin xalqın azadlıq əzmini qıra bilməməsini vurğulayan müəllif 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsini diqqətə çatdırır, 20 yanvar faciəsinin araşdırılması və ona siyasi-hüquqi qiymətin verilməsi istiqamətində atılmış addımlardan bəhs edir, Ulu Öndər Heydər Əliyevin fərmanına əsasən 20 Yanvar faciəsinin qurbanlarına şəhid fəxri adının verildiyini və 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildiyini bildirir.

Müəllif Qanlı Yanvar faciəsi zamanı Azərbaycanın müstəqilliyi uğrunda canını qurban vermiş şəhidlərin Bakının ən yüksək zirvəsi olan Dağüstü Parkda dəfn edildiyini, onların xatirəsini anmaq üçün "Şəhidlər Xiyabanı"nın salındığını qeyd edir. "20 Yanvar 1990-cı il tarixində Azərbaycan xalqı üzləşdiyi siyasi, mənəvi və hərbi təcavüzə baxmayaraq, öz tarixi qəhrəmanlıq ənənələrini qoruyub saxlamağa və şəhid olmaq bahasına olsa belə, vətənin azadlığı və müstəqilliyinin müdafiəsi üçün ən ağır hücumlara tab gətirməyə müvəffəq olmuşdur", - deyə jurnalist yazısını bitirir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!