USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ümumxalq şənliyi martın 19-da Qız qalasından başlayaraq Dənizkənarı Milli Park boyunca davam edəcək

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Novruz şənliyinə hazırlıqla bağlı tədbir keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən ASAN Radioya bildirilib ki, tədbirdə qurumun məsul əməkdaşları, regional mədəniyyət və turizm idarələrinin rəisləri, teatr-konsert müəssisələrinin və digər aidiyyəti təşkilatların rəhbərləri, yaradıcı şəxslər iştirak edib.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev tədbirdə çıxış edərək Azərbaycan xalqının min illərdir qoruyub yaşatdığı, mütərəqqi adət və ənənələri özündə ehtiva edən Novruz bayramının bu il də dövlət səviyyəsində geniş şəkildə qeyd olunacağını deyib. Bildirib ki, el bayramının böyük təntənə ilə qeyd olunması üçün nazirlikdə müvafiq tədbirlər planı tərtib olunub, əlaqədar təşkilatlara və şəxslərə müvafiq tapşırıqlar verilib.

Nazir müavini söyləyib ki, ümumxalq şənliyi martın 19-da Qız qalasının yanından başlayaraq Dənizkənarı Milli Park boyunca davam edəcək. Bununla bağlı təşkilati məsələlər həll edilib, tədbirdə iştirak edəcək yaradıcı şəxslər və kollektivlər müəyyənləşib: “Xalqımızın mədəni irsini, milli-mənəvi dəyərlərini zəngin folklorunu, adət-ənənələrini özündə yaşadan Novruz bayramı Prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə hər il yüksək səviyyədə qeyd olunur. Mədəniyyət və Turizm Nazirliyi də ənənəvi olaraq bayram şənliyinin təşkilatçısı qismində çıxış edir. Bu il də ölkəmizin teatr, konsert müəssisələrinin, bədii özfəaliyyət kollektivlərinin, muzeylərimizin, qalereyalarımızın iştirakı ilə geniş şəkildə hazırlıq işləri görülür”.

Ədalət Vəliyev bayram mərasiminin ümumi ssenarisi, ayrı-ayrı məqamları barədə də məlumat verib. Bildirib ki, şənliyə Dədə Qorqud xeyir-dua verəcək, Bahar qızı mərasim iştirakçılarını salamlayacaq. Novruz personajları Kosa və Keçəl, qaravəllilərdə və xalq dastanlarında olan qəhrəmanlar, nağıl obrazları bir araya gələcək.

Qeyd olunub ki, teatrların aktyorları, rəqs kollektivləri, mahnı və xalq çalğı alətləri orkestrləri, rəqs qrupları, Bakı Xoreoqrafiya Akademiyasının tələbələri, Dövlət Uşaq Filarmoniyasının üzvləri və rayonlardan gələn ayrı-ayrı bədii özfəaliyyət kollektivləri də tədbirə böyük həvəslə hazırlaşırlar.

Diqqətə çatdırılıb ki, Novruz şölənində bölgələrimizin mətbəx nümunələri, rayonların kənd təsərrüfatı məhsulları, xalq tətbiqi sənəti nümunələri sərgilənəcək, bayram adət-ənənələri, xalça sənəti örnəklərimiz geniş təqdim olunacaq. O deyib: “Bu vaxta qədər bayram şənliyi çərçivəsində təşkil olunan Şərq bazarında ölkəmizin 30-35 rayonun stendləri qurulub, nümayiş etdirilirdi. Builki mərasimdə bütün rayonlarımız təmsil olunacaq, bu ilin yanvar ayından fəaliyyətə başlayan regional mədəniyyət və turizm idarələrinin stendləri qurulacaq. Həmin stendlərin qarşısında regional idarələrə daxil olan bütün rayonların adları əks olunacaq, rayonların kənd təsərrüfatı məhsulları, xalq tətbiqi sənəti nümunələri sərgilənəcək”.

Martın 19-da günün sonunadək musiqi kollektivlərinin konsert proqramı təqdim edəcəyini bildirən Ədalət Vəliyev bayram şənliyinə hazırlıq işlərinin davam etdirilməsi, məşqlərin yüksək səviyyədə və qrafikə uyğun aparılması üçün müvafiq tapşırıq və tövsiyələrini verib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!