Bakıda 1 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsi dəyişdirilib.
Bakı Nəqliyyat Agentliyindən ASAN Radioya verilən məlumata görə, dəyişikliyə əsasən, son dayanacaq məntəqəsi olaraq, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi deyil, metronun Neftçilər stansiyası ətrafı müəyyən edilib. Belə ki, 1 nömrəli marşrut üzrə avtobuslar şəhər mərkəzindən gələrkən Heydər Əliyev prospekti ilə hərəkət edərək Mikayıl Əliyev küçəsindəki dairədən, eləcə də Mehdi Abbasov və Azər Manafov küçələrindən keçməklə Qara Qarayev prospektinə daxil olaraq “Dakar” meydanınadək hərəkət edəcək. Məqsəd, Qara Qarayev prospekti və ətraf ərazilərdə yaşayan sakinlərin şəhər mərkəzinə rahat gediş-gəlişini təmin etməkdir.
Qeyd edək ki, 1 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobuslar 18 fevral tarixindən sınaq üçün yenilənmiş trayektoriya üzrə hərəkət edir.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!