USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ABAD layihəsi çərçivəsində Balakənə ilk konteyner gətirilib - Fotolar

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən icra olunan sosial xarakterli “Ailə Biznesinə ASAN Dəstək – ABAD” pilot layihəsi çərçivəsində Balakən rayonuna süd məhsullarının hazırlanması üçün nəzərdə tutulan ilk konteyner gətirilib. Koreya Respublikasında istehsal olunan konteyner – mini fabrik heyvandarlıqla məşğul olan fermerlərə süd məhsullarını tez və keyfiyyətli emal etməyə imkan verəcək.

ASAN Radio xəbər verir ki, ABAD layihəsi çərçivəsində Balakənə gətirilən ilk konteyner Katex kəndində fəaliyyət göstərən “Kərimovlar fermer təsərrüfatı”nın rəhbəri Məhəmməd Kərimova təqdim olunub. Mərasimdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Koreya Respublikasının ölkəmizdəki səfiri Kim Çanq-qyu, həmçinin fermer və sahibkarlar, ABAD layihəsindən yararlanmaq istəyən ailələr iştirak ediblər.

Məlumat verilib ki, layihə çərçivəsində rayona gətirilmək üçün 12 konteyner sifariş verilib. Bu konteynerlərdən 9-u meyvə məhsullarının konservləşdirilməsi, cem, mürəbbə və kompot istehsalı, 2-si süd məhsullarının hazırlanması, biri isə kolbasa və sosiska istehsalı üçün nəzərdə tutulub.

Bildirilib ki, süd məhsullarının emalı üçün nəzərdə tutulan bu kiçik mini fabrikdə yağ və pendir istehsal ediləcək. Konteynerdə hazırlanan məhsullar layihənin təşkilatçısı tərəfindən alınaraq istehsalçılara çatdırılacaq.

Sonra qonaqlar Katex kəndindəki soyuducu anbar kompleksinin ərazisində yeni quraşdırılmış meyvə qurusu emalı müəssisəsi ilə tanış olublar. Diqqətə çatdırılıb ki, bu emal müəssisəsində dünya bazarlarında böyük tələbat olan xurma məhsullarının qurudulması həyata keçiriləcək. Hazırda burada 10 işçi çalışır. Məhsul yığımı dövründə isə işçilərin sayı iki dəfədən çox artırılacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!