USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
"Su Çərşənbəsi"ndə Beynəlxalq Muğam Mərkəzindən gözəl muğam konserti

Qədim inanclara görə kainat 4 ünsürdən yaranıb - su, od, torpaq və küləkdən.

Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur.

Beynəlxalq Muğam Mərkəzi bu 4 çərşənbəni özünəməxsus qeyd edir.

"Novruz çərşənbələri"ndən birincisi "Su Çərşənbəsi"dir. Bu çərşənbədə Beynəlxalq Muğam Mərkəzi gözəl muğam konserti hazırlayıb. Konsertdə əməkdar artist Səbuhi İbayev və xanəndə Nigar Şabanova ifa edəcəklər. Xanəndələri tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə "Buta" instrumental ansamblı müşayət edəcək.  Konsert 21 fevral saat 19:00-da başlayacaq.

Biletlər şəhərimizin kassalarında, "ASAN xidmət" mərkəzlərində və iticket.az saytında satılır.

Beynəlxalq Muğam Mərkəzi xalqımızın çərşənbələrini təbrik edir və gözəl bir çərşənbə axşamı keçirmələri üçün konsertlərinə dəvət edir.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!