USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Latviyanın sabiq prezidenti: "BMT xalqların ümidlərini doğrultmur”

"Yaxşı idarəçilik cəmiyyətin bütün üzvlərinin qanun qarşısında bərabərliyinə nail olmaqdır".

ASAN Radionun məlumatına görə, bunu bu gün Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa V Qlobal Bakı Forumunun açılışında bildirib.

Vayra Vike-Freyberqa deyib ki, ölkə vətəndaşların idarəçiliyi nə dərəcədə yaxşı qavraması ilə münasib şəkildə stabil olur: "Əks təqdirdə terrorizm yaranacaq, bir çox başqa problem ortaya çıxacaq. Hər bir ölkənin gücü ilk növbədə vətəndaşlarının problemlərinin həlli ilə məşğul olmasındadır. Ancaq beynəlxalq balans daha çətindir. BMT dünyada xalqların ümidlərini doğrultmur və münaqişələrini həlli sahəsində vəziyyət də bunu göstərir. Böyük dövlətlər hansı qərarları verirsə, digər dövlətlər qoyun sürüsü kimi bunun arxasınca sürünməlidir. Biz uğurlu ölkələri də göstərə bilərik, Azərbaycan buna nümunədir. Azərbaycan əlverişli geosiyasi mövqedə yerləşir, enerji resursları var, Şərqlə Qərb, Şimalla Cənub arasında nəqliyyat qovşağına çevrilə bilər".

Vayra Vike-Freyberqa qeyd edib ki, Azərbaycanda dinlə dövlət ayrıdır: "Beynəlxalq münasibətlərə gəlincə, Azərbaycan prezidenti də qeyd etdi ki, burada tam uyğunluq yoxdur. Daha böyük ölkələr təbii ki, daha böyük təsirə malik olacaq. ABŞ yeni prezident seçən zaman yeni prezident düşünür ki, ölkəsi çox böyüyüb, vergiləri azaltmağa söz verir. Bəzi ölkələr inkişaf edir, bəzi ölkələrdə böhran, müharibə baş verir. Ona görə də çətin durumda olan ölkələrdə yaşayan insanlar çıxış yolu axtarır. Dövlət başçıları əhalini öz arxasınca aparmalıdır. Hökumət vətəndaşlarını ölkənin düzgün şəkildə idarə olunmasına inandıra bilməzsə, ölkənin durumu yaxşı olmayacaq. İkinci Dünya Müharibəsindən sonra Avropa ölkələri birgə işləməyə qərar verdi, Avropa İttifaqı quruldu, bu, yaxşı nümunə oldu. Bizim üstünlüklərimiz var, bu üstünlüklərin hamısı nəzərə alınmalı və birgə çalışmalıyıq. Bu Forumda yaxşı idarəçiliyin və balansının nə demək olduğunu araşdıracağıq".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!