”Bizim forumda qarşımıza qoyulan əsas məqsəd dünyadakı qlobal probemlərin müzakirəsidir”.
ASAN Radionun məlumatına görə, bu sözləri V Qlobal Bakı Forumunda iştirak edən Gürcüstan prezidenti Georgi Marqvelaşvili bildirib. O, forumun yüksək səviyyədə təşkili və ənənəvi keçirilməsi ilə əlaqədar Azərbaycan prezidentinə təşəkkür edib: “Mən ötən il də bu forumda iştirak etmişəm. Azərbaycan prezidenti forumdakı çıxışında çox mühüm məqamlara toxundu”.
G.Marqvelaşvili deyib ki, Azərbaycan-Gürcüstan münasibətləri çox yüksək səviyyədədir: “Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatı çox effektiv formatdır. Bu formatın yaradılmasında Azərbaycanın və Gürcüstanın sabiq prezidentləri Heydər Əliyev və Eduard Şevardnadze böyük rol oynayıblar. Bu əməkdaşlıq formatı qlobal miqyasda öz effektivliyini doğruldub”.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!